Kamran Əliyev iki rayona prokuror təyin etdi
18 Mart 2022 11:34 SiyasətLaçın rayonuna yeni prokuror təyin olunub.
Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, İlqar Səadətov Laçın rayon prokuroru təyin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
***
Ağcabədi rayonuna yeni prokuror təyin edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.
Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31