Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verildi
17 Mart 2022 17:26 SiyasətMilli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.
Bildirilib ki, Ş.Seyidzadə səlahiyyətlərinə xitam verilməsi ilə bağlı müraciət edib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31