AzPost Rusiyanın dondurulmuş milyardları Ukraynaya veriləcək? – Zelenskinin müşaviri açıqladı
16 Mart 2022 11:32 SiyasətRusiya Mərkəzi Bankı sanksiyalara görə dondurulmuş 300 milyard dollarlıq ehtiyatına çıxışı itirib.
Azpost.info xəbər verir ki, Ukrayna prezidentinin müşaviri Oleq Ustenko artıq bu məbləğin Kiyev üçün nəzərdə tutulduğunu deyib. "Artıq bizim üçün ehtiyatda saxlanılan 300 milyard dollar var. Bunlar Rusiya Mərkəzi Bankının Rusiyadan kənardakı hesablarda olan və bizə gələcək vəsaitləridir", - Ustenko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya elitasının ələ keçirilən əmlakından gələn vəsaitlər də Ukraynaya dəstək fonduna gedəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31