Ukrayna ABŞ-dan 1 milyardlıq silah alacaq – Bayden bu gün elan edəcək
16 Mart 2022 10:45 SiyasətABŞ prezidenti Co Bayden martın 16-da Ukraynaya 1,01 milyard dollarlıq hərbi yardım göstəriləcəyini açıqlayacaq.
Azpost.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Ağ Ev rəhbəri bəyanatını bu gün Ukrayna lideri Vladimir Zelenskinin ABŞ Konqresindəki çıxışından sonra səsləndirmək niyyətindədir.
Nəşrin məlumatına görə, vəsait Ukrayna üçün tank əleyhinə sistemlərin, hava hücumundan müdafiə sistemlərinin, o cümlədən "Javelin" və "Stinger"in alınmasına sərf olunacaq. Bu məbləğ ABŞ-ın Ukraynaya dəstək üçün nəzərdə tutduğu və daha əvvəl elan edilmiş 13,6 milyard dollarlıq yardımdan xərclənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31