Türkiyə-Azərbaycan əməkdaşlığından Ermənistan da istifadə edə bilər - Hikmət Hacıyev
27 Yanvar 2021 15:59 SiyasətTürkiyə ilə Azərbaycan arasında əməkdaşlıq regionun inkişafına və təhlükəsizliyin təmin olunmasına yönəlib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili" adlı vebinarda deyib.
PA rəsmisi bildirib ki, bu əməkdaşlıq regionda sülhü gücləndirir: "Ermənistan da öz işğalçılıq siyasətindən əl çəkərsə, Türkiyə ilə Azərbaycan arasında regionda əməkdaşlıqdan faydalanar və Ermənistan üçün də yeni imkanlar açıla bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31