Füzulidə 7 erməni hərbçisinin cəsədi tapıldı

Qarabağda aparılan axtarışlar nəticəsində daha 7 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Olaylar.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə 1145 erməni hərbçinin cəsədi aşkarlanıb.

Hazırda Xocavənd, Füzuli və Hadrut ətrafında axtarış işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31