" Hər şey xalq üçün, hər şey Azərbaycanın uğurlu gələcəyi üçün"
24 İyul 2020 16:00 Siyasət"Dövlətimizin hər sahədə olduğu kimi sosial və iqtisadi inkişaf sahəsində də uğurlu addımları çoxdur.Bunun da başlıca səbəbi ölkənin uğurla nəticələnən daxili ,xarici siyasətinin düzgün istiqamətlənməsidir. Dovlət başçımız, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkə idarə heyyətinin düzgün istiqamətlənmiş kadr siyasəti ən uğurlu addımlarından biridir ki,xalqın yüksək rifahının ,yaşayış tərzinin yaxşılaşdırılmasına bir başa xidmət göstərir. Dövlətin ,yaşadığımız muharibə şəraiti nəticəsində qaçqın,köçkünlərlə yanaşı ,yaşayış səviyyəsi ,sosial durumu aşağı olan ölkə vətəndaşlarımızın yüksək rifahı naminə yaşayış şəraitinin stimullaşdırılması sahəsində yönəltdiyi yüksək quruculuq fəaliyyətinin nəticələri yüksəkdir. Buna , çoxlu sayda müxtəlif yöntəmli sosial proyektlərin uğurla həyata keçirilməsini misal çəkə bilərik ki,bu da yalnız və yalnız alqışa layiqdir". Bunu "Olaylar"a deyən Nəsimi rayon sakini Təranə Agalarovanın sözlərinə görə, bu illər ərzində bir çox şəhid ailəsi, müharibə əlili mənzillərlə, minik avtomobilləri ilə təmin olunub ki, bu da çox gözəl,təqdirəlayiq təşəbbüsdür . Bu il də bu təşəbbüs nəticəsində bir çox şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Eyni zamanda, əlillər üçün çoxlu sayda avtomobillər də nəzərdə tutulur: " Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur. Xalq naminə, gözəl yaşayış naminə görülən işlər çərçivəsində dövlətə dəstək olan özəl sektorların da fəaliyyəti alqışa layiqdir. Sosial sahədə çox böyük işlər görülür. Keçən il şəhid ailələrinə ödənilən müavinətlərin artırılmasını da gözəl addım kimi qiymətləndirmək olar. Bu il pandemiya dövründə milyonlarla insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bununla yanaşı yeni modul tipli xəstəxanaların tikilişi və istifadəyə verilməsi bizi çox sevindirdi. Bir sözlə daima çiçəklənən Azerbaycanın sosial sahədə qazandığı uğur , siyasi həm iqtisadi sahədə qazandığı uğurlara bərabərdir. Məqsəd də insanların maddi rifahının yüksəldilməsi, yaxşılaşdırılmasıdır".