Ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası
24 İyul 2020 11:31 SiyasətBu etnik müharibədə millətin uduzmağa haqqı yoxdur
Mənə elə gəlir dünyanın axırı çatıb. Qətiyyən dünyanı cənginə alan koronavirus pandemiyasından söhbət getmir. Həhayətdə bu virusun da müalicəsi tapılacaq və dünya xilas olacaq. Lakin, əgər hansısa bir erməni özündə cəsarət tapıb azərbaycanlıya qarşı əl qaldırırsa, deməli bu, dünyanın axırıdır. Hələ təpik altına salıb çırpmaqlarını demirəm. İndiyə qədər tarixdə belə bir hadisə olmayıb ki, erməni üzbəüz fərdi qaydada azərbaycanlıya, yaxud türkə qarşı dirəniş göstərərək sillə-təpik atsın. Ermənilər həmişə namərd kimi zərbəni arxadan vurublar, kiminsə əli ilə qətliam törədiblət, terror vasitəsilə dövlət və ictimai xadimlərimizi, diplomatlarımızı öldürüblər və sair. İndi görün nə zaman yetişib ki, ermənilər dünya azərbaycanlılarını olduqca rahat şəkildə döyür, söyür, milləti təhqir edirlər. Özü də özünü demokratiyanın beşiyi elan edən ölkələrin hüquq mühafizə orqanlarının gözü qarşısında. Əslində baş verənlər millət üçün bir dərs olmalıdır. Ermənilər azərbaycanlılara qarşı açıq müharibə elan ediblər. Bu müharibədə heç bir beynəlxalq hüquq, müharibə və insanlıq qanunları gözlənilmədən azərbaycanlılardan qisas almağa şalışırlar. Baxmayaraq ki, bu prosesin sonu heç də yaxşı olmaya bilər. Ermənilərə havadarlıq edən Avropa dövlətləri, xüsusən, Rusiya azərbaycanlıların təxribata çəkilməsindən bizə qarşı yaxşıca istifadə edə bilərlər. Ancaq fakt ondan ibarətdir ki, bizim erməniyə terrorçi, vandal, faşist və sair deməyimizdən asılı olmayaraq özünə düşmən bilən azərbaycanlılardan hayfını çıxır. Amma heç bir halda bu bizim susmağımıza, baş verənləri malalamağımıza əsas verə bilməz. Nə beynəlxalq təşkilatlar, nə də Avropa dövlətlərinin hüquq mühafizə orqanları bizim əvəzimizə erməniləri cəzalandırmayacaqlar. Həbsə alınana erməni cinayətkarları diasporanın təsiri ilə qısa zamanda azadlıq əldə edəcəyi heç kimdə şübhə doğurmamalıdır. Lap tutaq ki, azərbaycanlıların döyülməsində iştirak edən ermənilər həbs edildilər, onlara bir neçə il cəza kəsdilər, bununla erməni millətinin ruhunu sarsıtmaq mümkün olacaqmı?
Bu vaxta qədər əksər siyasətçilərimiz, ziyalı və ictimai xadimlərimiz millətə sübut etməyə çalışırdılar ki, erməni xalqı müharibə istəmir, müharibəni erməni siyasətçiləri və xarici havadarları qızışdırır. Bu fikri əsas gətirənlər iki xalqın birlikdə xoş-firavan yaşaya biləcəklərinə inanaraq icmalar arasında münasibətlərin bərpa olunmasına çalışırlar. Elə indinin özündə də bu fikirdə olanlar və hətta bununla bağlı ermənipərəst beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə layihə həyata keçirmək niyyəində olanlar da var. Dəhşətlisi odur ki, ermənilərin orta məktəb şagirdlərinə azəri türklətrinə qarşı nifrət hissi oyatdıqlarını təkrar-təkrar söyləyən tarixçi alimlərimiz də iki xalqın dinc-yanaşı yaşaya biləcəklərini dilə gətitrlər. Bax, belə unutqanlığımızın nəticəsidir ki, 60 milyonluq azərbaycanlı 3 milyonluq erməninin əlində girinc qalıb.
Hazırda sosial şəbəkələrdə emosiyalara qapanararaq bu hadisələrin məcrasını qeyri-müəyyən səmtə yönəltməyə hesablanmış videogörüntülər yayılmaqdadır. Düzdür, həmin şəxslərin vətənpərvər olduqlarına heç kimin şübhəsi yoxdur, onların necə ağrılı hisslər keçirdiyi başa düşüləndir. Amma burdan okeanın o tayına "qorxma vur" deməklə nəticə əldə etmək qeyri-mümkündür. Məsələ orasındadır ki, biz çox geçikmişik, əksər hallarda isə özünümüdafiə fəndləri hadisə baş verəndən sonra yada düşür. Gərək bu vaxta qədər bizim dünya ölkələrindəki diaspora təşkilatlarımız o qədər güclü, mütəşəkkil olaydı ki, belə hallarda öz sözünü deyə biləydi. Amma heç indi də gec deyil, bəlkə bu hadisə diaspor təşkilatlarımızın birləşməsinə, çəkici bir zindana vurmasına təkan verə bilər. Otuz ilə qədərdir ki, gözləyirik ATƏT-in Minsk qrupu, yaxud hansısa beynəlxalq təşkilat Dağlıq Qarabağı bizim əvəzimizə erməni işğalçılarından azad edəcək. İndi də illərlə otutub gözləmək vaxtı deyil ki, hansısa Avropa ölkəsinin hüquq mühafizə orqanı bizim əvəzimizə vandal, faşist, terorçi dediyimiz ermənilərdən qisasımızı alsın. Nəhayət indi bir olmalı, dünyaya səpələnmiş 60 mlyonluq azərbaycanlını bir bayraq altında birləşdirməli, təxribata uymamaq şərtilə ermənilərdən qisasımızı almalıyıq. Allah bu işdə millətimizə yar olsun!
Alim
Olaylar.az