Ermənistan təcavüzkar ölkə olduğunu bir daha sübut etdi
Ermənistan təcavüzkar ölkə olduğunu bir daha sübut etdi
23 İyul 2020 15:22 Siyasət"Tovuz hadisələri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiq etdi. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında aciz və cılızdır". Bunu "Olaylar"a deyən Nəsimi RİH könüllüsü Fidan Nəbiyevanın sözlərinə görə, döyüşlər nəticəsində həmçinin dövlət əmlakına, kəndlərə, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. Prezidenti İlham Əliyevin "Tovuz rayonunun Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdır Hazırda mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlərin və yaşayış evlərinin tam bərpası işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər ölkə prezidentinə təqdim ediləcəkdir". Onun sözlərinə görə, döyüşlər zamanı Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində, həmçinin ölkənin digər şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyaları keçirilib: "Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq "Qarabağ", "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər. Əsasən gənclərin iştirak etdiyi aksiyada hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti millətimiz qətiyyətlə müdafiə edir".
Nəsimi rayon sakini Gülnarə Hacıyeva isə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətindəki hərbi təxribatı bir daha düşmən ölkənin təcavüzkarlığını sübut etmiş oldu. Bu addımı ilə Ermənistan özünü beynəlxalq aləmdə biabır edərək gözdən saldi: "Bu hücum nəticəsində dinc əhali, hərbi qulluqçularımız həlak olmuş, dövlət və mülki əhaliyə ziyan dəymişdir. Lakin düşmənə layiqli cavab verilmişdir. Bu ağır döyüşlərdə xalqın igid və əfsanəvi generalı Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov və bir neçə hərbi qulluqçular şəhid oldu. Biz : "Vətən sağ olsun" dedik, ruhdan düşmədik, ölkə rəhbərinin ətrafında daha sıx birləşdik. Hadisələrdən də göründüyü kimi düşmənin planı pozuldu və çirkin niyyətlərinə çata bilmədilər. Mənfurlar torpağımızın bir qarışına da girə bilmədi. Hələ də mənfur xain qonşularımız bilmirlər ki, Azərbaycan 90- ci illərin dövləti deyil . İndi onun güclü prezidenti və güclü ordusu var. O ordusu ki, Alı Baş Komandanımız İlham Əliyev cənablarının əmriylə işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Biz hər birimiz buna inanırıq və bilirik ki, 28 illik həsrətimizə qovuşmagımız tezliklə həll olunmalıdır. Biz müharibə istəmirik. Ancaq lazım gələrsə qanımız, canımız bahasına da olsa ölkə rəhbərinin ətrafında birləşərək dədə- baba torpaqlarımıza sahib çıxacağıq. Ölkə rəhbərinin dediyi kimi: " biz hamımız milli birliyimizi, vahid mövqeyimizi bacardığımız qədər haqq səsimizi dünyaya çatdırmalı, gücümüzü göstərməliyik" . Hər birimiz çox üzüldük şəhidlərin ölümünə. Yenə başımızı dik tutaraq "Vətən Sağ olsun" dedik. Çünki Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır".