Nazir müavini: “Biz Serbiyadan yekun izahat gözləyirik”

"Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik". "Olaylar" xəbər verir ki, bu sözləri Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. "Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir", - deyə nazir müavini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31