Azərbaycan Xalqı öz Prezdentinin yanındadır!

Azərbaycan Xalqı öz Prezdentinin yanındadır!

Azərbaycanın qədim mədəniyyət və yaşayış mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Dağlıq Qarabağ münaqişəsi 1988- ci ilde ermənilərin Azerbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ve etnik zəmində təxribatları ilə başlamışdır və hal hazırda davam edir. Bunu "Olaylar"a deyən Nəsimi RİH könüllüsü Günel Fərəczadənin sözlərinə görə,  iyulun 12- dəErmənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar:  "Atəş nəticəsində bir generalımız Polad  Həşimov və bir polkovnikimiz  İlqar Mirzeyiv olmaqla 12 şəhid verdik. Tovuz rayonun 6 kəndinə -Ağdam, Əlibəyli, Dondar Quşçu,Vahidli ,Yuxarı Öysüzlü kəndlərinə ziyan dəymişdir.İntensiv Atəş nəticəsində dövlət əmlakına, kəndlərə çəkilən qaz boruları,elektrik naqilləri,sosial və rabitə infrastrukturlarınada zərər dəymişdir.Bu insidentin baş verməsi və dinc əhaliyə atəş açmaları Azərbaycana qarşı işğalçı siyasətlərini hələ də davam etdirdiklərinin  əyani göstəricisidir. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı həmrəy olduğunu göstərdi. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılırDövlət başçımız İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və polkovnik İlqar Mirzeyevin ailesinə ev verildi.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Biz sözlə, bu qəbildən olan ailələr, insanlar daim dövlətin və cəmiyyətin diqqəti mərkəzində olub, bundan sonra da belə olacaq"Necə ki ,.İşğalçı Ermənistan dövləti  2016-cı ilin Aprel ayında Azərbaycanın  mövqeylərini atəşə tutdular .Lakin buna baxmayaraq, Azərbaycan ordusu qələbə çaldı. Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Azərbaycan torpağında heç vaxt ikinci erməni dövlətinin yaranmasına icazə verilmiyəcək, əminik ki tezliklə işğal edilmiş bütün torpaqlar azad ediləcək, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıdacaqlar!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31