Tovuza dəymiş ziyanın aradan qaldırılması ilə bağlı sərəncam

"Bu onun göstəricisidir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır"

"Azərbayacan Ordusu şanlı Aprel, uğurlu Naxçıvan əməliyyatından sonra Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı sarsıdıcı zərbə alıb. İşğalçı ölkənin Silahlı Qüvvələri erməni xislətinə tam uyğun şəkildə yenə də mülki əhalini, yaşayış məntəqlərini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev dərhal sərəncam imzalayıb". Bunu "Olaylar"a deyən Nəsimi RİH könüllüsü Aşur Cəbiyevin sözlərinə görə,  artıq qarşıya qoyulan vəzifələrin icrasına başlanılıb. Bu onun göstəricisidir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Prezidentin sərəncamından dərhal sonra Tovuz rayonunda başlanan bərpa işləri və görülən təcili tədbirlər, məhz deyilənlərin əyani sübutudur. Bu məqsədlə İşçi Qrupu yaradılıb, ekspertlər rayona ezam olunub. Təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq: "İlkin qiymətləndirmələrə görə Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ciddi ziyan dəyib, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Eyni zamanda kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu ziyan çəkib. Həm vətəndaşlar, həm də dövlət əməlakına dəyən ziyanın tezliklə aradan qaldırılması biləvasitə Prezidet İlham Əliyevin nəzarətindədir. Bütün qüvvələr səfərbər edilib ki, kəndlərdə həyat tezliklə  əvvəlki axarına qayıtsın. Bununla yanaşı Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısının tapşırığı ilə  şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban Əliyeva da Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib, onların ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Azərbaycan dövləti eyni zamanda vətəndaşının təhlükəsiz yaşaması üçün bütün təbirlər görülür.  Azərbaycan xalqı Ordumuzun qüdrətinə arxayındır".

Onun sözlərinə görə, Ermənistan illərdir vandalizm siyasətinin davam etdirir: "Təsadüfi deyil ki, zaman-zaman atəşkəs dövründə 30-dan çox azyaşlı uşaq erməni snayperinin qurbanı olub. Xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin Aprel döyüşləri zamanı da düşmən Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmuşdu. Nəticədə mülki əhalidən 6 nəfər həlak olmuşdu, 26 nəfər yaralanmışdı, 445 evə, 2 tibb məntəqəsinə, 5 məktəbə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəymişdi. Ancaq Prezidentin sərəncamı ilə həmin vaxt Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrıldı, dəymiş ziyan altı ay ərzində bərpa olundu. Azərbaycan  eyni zamanda cəbhəyanı rayonlarda infrastruktur bərpa etməklə yanaşı  yeni qəsəbələr salır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. Onu da bildirim ki, bu gün Ermənistanla həmsərhəd olan bütün yaşayış məntəqələrimizdə həyat öz axarında davam edir. Çüki hər kəs Ali Baş Komadana, dövlətinə və qüdrətli Azərbaycan Ordusuna güvənir. Azərbaycan əsgəri kimi, cəbhə bölgəsində yaşayan hər bir Azərbaycan vətəndaşı da öz əzmi, şücaəti ilə düşmənin istənilən təxribatına cavab verməyə hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31