Aydın Quliyev: Beynəlxalq Mərkəzin dəstəyi Ermənistanın nə qədər zəif və perspektivsiz mövqe tutduğunu bir daha nümayiş etdirdi
Aydın Quliyev: Beynəlxalq Mərkəzin dəstəyi Ermənistanın nə qədər zəif və perspektivsiz mövqe tutduğunu bir daha nümayiş etdirdi
23 İyul 2020 12:10 Siyasət"Nizami Gəncəvi Beynəlxalq Mərkəzin yuxarı rəhbərliyinin qətiyyətli Qarabağ bəyanatları Azərbaycanın ərazi bütövlüyünə növbəti açıq dəstəkdir." Bu fikirləri Olaylar.az-a "Bakı -Xəbər"qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert vurğulayır ki, bu fakt bir daha sübut edir ki, Azərbaycan haqlı mövqedədir və dünyada böyük dəstəyə malikdir: "Azərbaycanın Qarabağ diplomatiyası öz bəhrələrini verir. Azərbaycan həqiqətən heç vaxt indiki qədər güclü olmayıb və heç vaxt indiki qədər dünyada geniş dəstək olmayıb. Beynəlxalq Mərkəzin dəstək bəyanatının məhz indiki dövrə düşməsi təsadüf deyil və olduqca əhəmiyyətlidir. Tovuz təxribatının ardınca Ermənistan bu təxribatın bütün məsuliyyətini Azərbaycanın üstünə atmağa çalışsa da, heç nəyə nail ola bilmədi. Əksinə, dünya Azərbaycana daha geniş dəstək verdiyi üçün Ermənistan bu dəfə də təklikdə qaldı."
Aydın Quliyev bildirir ki, beynəlxalq mərkəzin dəstəyi Ermənistanın nə qədər zəif və perspektivsiz mövqe tutduğunu bir daha nümayiş etdirdi: "Mərkəzin bəyanatı Ermənistanın Tovuz təxribatları nəticəsində daha əlverişsiz beynəlxalq vəziyyətə düşdüyünü nümayiş etdirdi. Bu həm də onun ifadəsidir ki, Azərbaycanın bütün xarici siyasət addımları sistemli və məqsədyönlüdür, habelə hər bir beynəlxalq əməkdaşlıq formatları dövlət mənafelərimizin xeyrinə işləyir. Mərkəzin dəstəyi Ermənistanın Tovuz təxribatına görə məsuliyyətdən qaçmaq səylərinin puç olduğunu bir daha sübut etdi."