Siyasi cəbhədə böyük uğur
22 İyul 2020 11:29 SiyasətƏlimusa İbrahimov: "Bu qərarda bizim üçün həyati önəm daşıyan Dağlıq Qarabağın işğal olunmuş bölgə, Ermənistanın isə işğalçı dövlət kimi tanınıb"
"Okeanın o biri tayından gələn xəbər bu dəfə bizim sevincimizə səbəb oldu. Bu, dövlətimizin və Prezidentimiz İlham Əliyev cənablarının ətrafında birləşən Azərbaycan xalqının qələbəsidir. Bu xarici siyasət idarəsinin yeni rəhbəri Ceyhun Bayramovun fəaliyyətinin uğurlu olacağının bir nişanəsidir". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, biz uzun müddət Dağlıq Qarabağla bağlı Amerikada sevindirici xəbər eşitmirdik. Həmişə Erməni lobbisinin Azərbaycana qarşı bu və ya digər senator və konqressmenlərdən istifadə edərək haqsız mövqe və qərarlarının şahidi olmuşuq. Sonuncu xəbər, daha doğrusu ABŞ konqresinin nümayəndələr palatasının Azərbaycan , Dağlıq Qarabağla bağlı çıxardığı qərar diqqətəlayiqdir və ABŞ -Azərbaycan münasibətlərində dönüş nöqtəsinin başlanğıcından xəbər verir: "Artıq məlumdur ki,, ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanunu" (National Defense Authorization Act - NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Sözügedən proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb. Qeyd edilən düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə 17 iyul tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin (Committee on Rules) iclası keçirilib. Konqres üzvü Stiv Cohen tərəfindən "Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması" barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması" barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub".
Onun sözlərinə görə, 99 saylı düzəlişdə əsas məqsəd Rusiyanın hərbi bazası olan Ermənistana Konqresdə əlavə təzyiqlərin yaradılmasıdır. 296 saylı düzəlişə gəldikdə isə, Konqresin Nümayəndələr Palatası Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazilərinin qeyri-qanuni işğal faktını vurğulamaqla yanaşı, işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə Departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim olunmasını nəzərdə tutur: "Konqresin bu bu qərarı Azərbaycan -ermənistan sərhədində baş verən məlum hadisələr fonunda sanki, Azərbaycanın hərbi sahədə qazandığı uğurları siyasi sahədə də möhkəmləndirdi. Bizim üçün ən əhəmiyyətlisi i isə onun Amerika Birləşmiş Ştatları səviyyəsində baş verməsidir. Bu qərarda bizim üçün həyati önəm daşıyan Dağlıq Qarabağın işğal olunmuş bölgə, Ermənistanın isə işğalçı dövlət kimi tanınmasıdır. Ermənistan lobbisi, Daşnaksütun Partiyası və digər ermənipərəst qüvvələrin ciddi-cəhdlə bu iki faktı dünya ictimaiyyəti tərəfindən gizətməsinə baxmayaraq artıq Amerika və dünya dövlətləri bu faktı etiraf etdi. Azərbaycan ilk dəfə Gürcüstan, Ukrayna, Moldava ilə birlikdə işğala məruz qalmış ölkələr sırasına daxil edildi. Biz uzun müddət Avropa və Amerika institutlarının sənədlərində Azərbaycanın bu ölkələrlə birlikdə işğala məruz qalmasının etiraf olunmamasına etirazımızı bildirmişik. Amma bu təşkilatlar bu vaxta qədər ikili standart prinsipini əldə rəhbər tutaraq bizim haqq səsimizi eşitməyiblər. İndi isə vəziyyət dəyişir. 2016-cı ilin aprel döyüşləri, bu ilin iyul döyüşləri və Amerika konqresində qəbul olunmuş bu qanun Dağlıq Qarabağın işğaldan azad olunmasında çox böyük rol oynayacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün heç bir beynəlxalq gücdən qorxmayaraq hərbi fəaliyyətlərə başlaya bilər. Türkiyə bundan sonra daha ürəkli xalqımızın haqq işşini müdafiə etmək üçün yanımızda olacaq . Avropa Birliyinin də ikili standartlardan əl çəkəcəyi gün uzaq deyil. Respublika Prezidentinin apardığı uğurlu xarici saiyasət nəticəsində çox qısa zamanda biz ciddi dönüşün şahidi olacağıq. Azərbaycan diplomatityasının əldə etdiyi bu qələbə haqqında uzun-uzadı danışmaq olar və lazımdırş Bu hadisənin rezonansı uzun müddət beynəlxalq aktorlar gündəminə təsir edəcək".
Alim
Olaylar.az