Azərbaycanlı qardaşlarımızı tək buraxmadıq - Ərdoğan
21 İyul 2020 16:49 Siyasət"İstər Liviyada, istərsə də azərbaycanlı qardaşlarımıza qarşı edilən hücumlar zamanı heç vaxt məzlumları yalnız buraxmadıq və buraxmayacağıq".
Olaylar.az xəbər verir ki bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ermənistanın hücumları zamanı məzlumları heç vaxt yalnız buraxmadıq", - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan Türkiyənin təsir dairəsi olan hər yerdə ədalətin, sülhün və sabitliyin bərqərar olması üçün var gücü ilə mübarizə aparacağını da qeyd edib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31