ABŞ Konqresindən Ermənistana zərbə
21 İyul 2020 16:30 Siyasət"Amerika Erməni Assambleyasının Azərbaycan əleyhinə bir neçə kongrenmen vasitəsilə siyasi-iqtisadi və hərbi yardımı qadağan edən qətnaməsi, özlərinin əlehinə işlədi. Nəticədə, ABŞ Konqrensi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən akt qəbul edib".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bir neçə gün bundan əvvəl, daşnakların sifarişi ilə bu qətnamənin hazırlanması, birbaşa ABŞ -ın siyasətinə zərbə vura bilərdi: "Bu qətnamənin qəbul edilməyəcəyi və bunun Vaşinqtonun maraqlarına ziddir olduğunu bir neçə gün əvvəl qeyd etmişdim. ABŞ Konqresində senatorlar yaxşı bilir ki, Ermənistan Tovuzda Rusiyanın təhriki ilə hərbi təcavüzə əl atıb. Burada əsas plan Qərb dəhlizini və ABŞ-ın dəstək verdiyi neft-qaz kəmərlərinə nəzarət etməkdir. Ona görə də ABŞ Konqresi bu kimi, qətnaməni qəbul etsəydi, Rusiyanın geosiyasi maraqlarını təmin etməklə, regional siyasətinə zərbə vurmuş olardı".
Politoloq deyib ki, məhz erməni daşnaklarının bu hərəkətinə qarşı, ABŞ tərəfi Azərbaycan və digər post-sovet ölkələrinin ərazi bütövlüyünü tanımaqla Rusiya və Ermənistana yerini göstərdi: "Fikir versək görərik ki, Ermənistan ABŞ -ın regionda dəstək verdiyi enerji və nəqliyyat layihələrinə hücum edir, Vaşinqtondan üstəlik də dəstək almaq istəyir. Bu, Ermənistanın nə qədər ölkəmizə düşmənçilik nümayiş etdirməsinin təzahürüdür, həmçinin saxtakarlıqların bir daha sübutudur. Vaşinqton bundan sonra, Cənubi Qafqaz siyasətində Azərbaycana xüsusi dəstək verəcək. Ermənistanın və Gürcüstanın Rusiyanın maraqlarını regionda təmin demokratik olmadığının daha da Rusiyadan asılılığa gətirdiyi üçün Vaşinqton Qarabağ məsələsində Azərbaycana xüsusi dəstək verə bilər. Məhz Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtona iki ildən artıq keçməsinə baxmayaraq, dəvət edilməməsi, bu ölkənin işğalçı və ABŞ-ın maraqlarına qarşı olduğundan irəli gəlir. Bu, o deməkdir ki, ABŞ Ermənistanda inqilabı demokratiyanın qələbəsi kimi qəbul etmir".