Vaqif Dərgahlı: "Ermənilərin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən gələnlər də var"

"Düşmən itkiləri arasında Suriya, Yaxın Şərq ölkələrindən və müxtəlif ölkələrdən Ermənistana köç etmiş erməni əsilli vətəndaşların olması da ehtimal olunur".

Olaylar.az bildirir ki, bunu Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

"Ona görə də Ermənistan rəhbərliyi bunları ciddi qeydiyyata almadığından hərbi rəhbərliyi onları gizlətmək imkanına malikdir", - o bildirib.

V.Dərgahlı onu da vurğulayıb ki, döyüşlərdə hər hansı ərazi itkisi olmayıb: "Sosial şəbəkələrdə bəlli olmayan mənbələr tərəfindən bununla bağlı yayılan məlumatları tamamilə rədd edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31