Karantin rejiminin daha da yumşaldılması mümkündürmü?
21 İyul 2020 10:34 SiyasətXidmət və ticarət, turizm sektorunda fəaliyyətin mərhələli şəkildə bərpası mümkündür
Dünyada, eləcə də Azərbaycanda koronavirusa (COVİD-19) qarşı aparılan mübarizə tədbirləri artıq effektli nəticə verməkdədir. Statistik məlumata görə, son günlər koronavirusdan müalicə olunanların sayi virusa yoluxanların sayından üstünlük təşkil edir. Məhz koronavirusa yoluxma sayının azalmasını nəzərə alan bir sira ölkələr artıq karantin rejiminin yumuşaldılmasını məqbul hesab edirlər. Elə Azərbaycanda da bur istiqamətdə ciddi addımlar atılmaqdadır. Məlumat üçün qeyd edək ki, hazırda nasaj və hamam xidmətləri istisna olmaqla əksər iaşə sahələrində fəaliyyət bərpa olunub. Bəs, ümumiyyətlə ölkədə karantin qaydalarının yumuşaldılması mümkündürmü? Etiraf edək ki, sərt karantin rejiminin tətbiqi insanların sağlamlığına xidmət etsə də, iş yerlərinin bərpa olunmaması vətəndaşlarla yanaşı, ölkə iqtisadiyyatına mənfi təsirini göstərməkdədir. Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov qeyd edib ki, 5 avqusta qədər olan vəziyyət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təhlil olunduqdan sonra qaydalarda müəyyən dəyişikliklər ola bilər. Müəyyən qaydalar əsasında bəzi müəssisələrin fəaliyyətinə başlaması mümkün ola bilər". Onun sözlərinə görə, artıq pandemiya ilə statistik rəqəmlərə baxdıqda müsbət tendensiyanın şahidi ola bilərik: "Koronavirus pandemiyası dövründə bütün dünya ölkələrdində olduğu kimi Azərbaycanda da karantin rejimi tətbiq olunmuşdur, xüsusilə də sərt karantin rejimi qaydaları yenidən təbiq olunmağa başlanıldıqdan sonra bir çox fəaliyyət növlərinin işi dayandırılmışdır. Düşünürəm ki, sərt karantin rejimi tətbiq olunmuş şəhər və rayonlarda artıq avqust ayının 5-dən etibarən bitmək üzrədir. Bundan sonrakı mərhələdə isə təbii ki, 5 avqusta qədər olan vəziyyət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təhlil olunduqdan sonra qaydalarda müəyyən dəyişikliklər ola bilər. Artıq son günlərdə müşahidə olunan dinamikada müsbətə doğru tendensiya mövcuddur". Millət vəkili bildirib ki, avqust ayının 5-dən etibarən yumşalmalar tətbiq olunduğu təqdirdə bir sıra fəaliyyət sahələrinin işinin bərpasından danışmaq mümkündür: "Son bir-neçə günə aid olan statistik rəqəmlər ümidverici hesab edilə bilər. Çünki, yeni növ koronavirusa, COVID-19-a yoluxanların sayı, virusdan sağalanların sayından azdır. Bu da onu göstərir ki, artıq müsbətə doğru tendensiya əldə etmişik. Təbii ki, bu tendensiyanı qoruyub saxlanaq lazımdır. Çünki, virus hələ də aramızdadır. Ona qarşı hələ də sınaqlardan uğurla keçmiş və təsdiqlənmiş istehsalda olan bir vaksin mövcud deyil. Buna görə də 5 avqust tarixindən etibarən qaydalarda müəyyən yumşalmalar həyata keçirilsə, burada müəyyən metodiki göstərişlər tətbiq ediləcək. Yalnız bu cür qaydalarda müəyyən dəyişiklik etmək olar. Düşünürəm ki, sənaye məhsullarının satışını həyata keçirən mağazaların, eyni zamanda, kafe və restoranların və bu kimi digər ictimai iaşə obyektlərinin müəyyən qaydalar əsasında fəaliyyətinə başlaması mümkün ola bilər. Lakin, bir daha vurğulamaq istərdim ki, bu da müəyyən metodiki göstərişlər əsas tutularaq həyata keçirilə bilər".
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, Mərkəzi Şərq və Avropa ölkələrində də olduğu kimi kafe və restoranlar üçün konkret qaydaların müəyyənləşdirilməsi və həmin qaydalar çərçivəsində müəssisələrin fəaliyyətinə icazə verilməsi, həmçinin, kafe və restoranlarda sahəsindən asılı olaraq müştərilərin sayı və elektron menyudan istifadə ilə bağlı qaydaların tətbiqi məqsədəuyğun olardı. Onun fikrincə, Avropa ölkələrinin də təcrübəsini nəzərə almaqla iqtisadiyyatın mərhələli şəkildə sektorlar üzrə açılması məqsədəuyğun olardı: "Nəzərə almalıyıq ki, Azərbaycanda pandemiyanın vətəndaşlarımızın sağlamlığına təsirlərinin minimumlaşdırılması əsas hədəfdir. Bununla yanaşı təbii ki, xüsusilə də real sektorda iqtisadi aktivliyin mərhələli bərpası məqsədəuyğundur. Təbii ki, iyul ayının 20-dən etibarən bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər fəaliyyətə başlayacaq. Daha uyğun olardı ki, ictimai iaşə obyektləri və xidmət sektoru, o cümlədən, kafe və restoranlar üçün konkret meyarların, qaydaların müəyyənləşdirilməsi həyata keçirilsin. Həmin meyarlar üzrə xidmət sektorunda fəaliyyət göstərən müəssisələrə icazə verilsin. Nəzərə alsaq ki, kafe və restoranlar bu sektorda aparıcı müəssisələrdən hesab olunur. Aqrar sektor da daxil olmaqla bir sıra sahələr, o cümlədən, Mərkəzi Şərq və Avropa ölkələrində də olduğu kimi kafe və restoranlar üçün konkret qaydaların müəyyənləşdirilməsi və həmin qaydalar çərçivəsində müəssisələrin fəaliyyətinə icazə verilməsi, həmçinin, kafe və restoranlarda sahəsindən asılı olaraq müştərilərin sayı və elektron menyudan istifadə ilə bağlı qaydaların tətbiqi məqsədəuyğun olardı". Millət vəkili vurğulayıb ki, digər tərəfdən yalnız ərzaq mağazalarının deyil, o cümlədən digər mağazaların, mebel mağazalarının da fəaliyyətinin koronavirusun təsirlərindən minimumlaşdırılması və hesablanan qaydalar çərçivəsində fəaliyyətinə icazə verilməsi məqsədəuyğun olardı: "Sahəsi böyük olmayan mağazaların da fəaliyyətinin bərpa edilməsi yaxşı olardı. Çünki, orada çalışanların məşğulluluğunun təmin edilməsi və eyni zamanda ticarət dövriyyəsinin mərhələli şəkildə bərpa edilməsi baxımından vacibdir. Bizim qiymətləndirmələrimiz ondan ibarətdir ki, mərhələli şəkildə ictimai iaşə, xidmət və ticarət, o cümlədən, turizm sektorunda fəaliyyətlərin bərpası uyğun olardı".
Zəka
Olaylar.az