Prezident İlham Əliyev Belçikanın Kralını təbrik etdi

Prezident İlham Əliyev Belçikanın Kralı Əlahəzrət Filipə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31