Deputatların Tovuz səfəri başa çatıb

Deputatların Tovuz səfəri başa çatıb

"Tovuz rayonunda yaranmış mövcud vəziyyətlə bağlı deputat həmkarlarımla birlikdə Tovuz və Ağstafa rayonlarına olan səfərimiz başa çatdı. Səfər zamanı mövcud vəziyyətlə yaxından tanış olaraq şəhid ailələrini ziyarət edib başsağlığı verdik, yerli əhali ilə ünsiyyətdə olduq.  Müşahidələrimə əsasən qeyd edim ki, insanlarımızda vətənpərvərlik hissi, ordumuzda mənəvi-psixoloji hazırlıq, döyüş əzmi çox yüksəkdir və orduda xidmət etməyə yaşı çatan hər bir kəs Ali Baş Komandanın əmri ilə hər an vətən uğrunda mübarizə aparmağa hazırdır. Bu da Xalq-Ordu birliyinin sarsılmaz, həqiqi vətənpərvərlik hissinin yüksək olduğunun göstəricisidir. Tovuz və Ağstafa rayonlarında insanlarla söhbətlərimiz zamanı onlar Şəhidlərimizi fəxrlə anaraq heç bir halda doğma yurdlarını tərk etməyəcəklərini, ordumuza dəstək olub şücaətlə mübarizə aparacaqlarını bildirdilər. Əsl vətənpərvərlik də budur! Daim vətən üçün çalışmaq, daim vətən uğrunda mübarizə aparmaq və daim birlik nümayiş etdirmək!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31