Partiya sədri: “Paşinyanın taleyi neçə vaxtdır ki, ipdən asılmış vəziyyətdədir”
Partiya sədri: “Paşinyanın taleyi neçə vaxtdır ki, ipdən asılmış vəziyyətdədir”
18 İyul 2020 13:24 Siyasət"Ermənistanın Tovuzla sərhəddə son təxribatlarının məqsədi getdikcə daha aydın görünür. Ölkəsini bütün sahələrdə kritik duruma salmış, koronavirusla isə heç bacarmayan Paşinyanın taleyi neçə vaxtdır ki, ipdən asılmış kimidir. Müxalifət və xalq onu istefaya çağırır,etiraz dalğaları getdikcə genişlənirdi. Başıboş baş nazir ictimaiyyətin diqqətini insanları narahat edən problemlərdən yayındırmaq, getdikcə artan siyasi gərginliyin qarşısını almaq üçün silahlı insident törətdi. Yeri gəlmişkən,ermənilər birinci dəfə deyil ki, bu cür hərəkətlərə yol verirlər. 2016-cı ilın aprelində düşmlər eyni senari ilə hərbi avantüraya əl atmışdılar. Lakin bu dəfə onlar provakasiyanı Azərbaycan -ermənistan münaqişəsinin episentrində - Qarabağda deyil, oradan çox uzaqda- Tovuzda həyata keçirdilər. Burada da niyyətlər bəllidir: Rusiya daxil olmaqla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini münaqişəyə cəlb etmək". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, Paşinyan hökuməti məqsədlərinə nail ola bilmədi. Tovuz hadisələrində ermənistanın aldığı dərin yaralardan hələ uzun müddət qan axacaq. İllər keçsə də, düşmənin Aprel döyüşlərindəki çapıqları indiyə kimi qaysaq bağlamayıb: "KTMT məsələsinə gəldikdə isə bu, bir xülyadır. Rusiya istisna olmaqla,təşkilata üzv digər dövlətlərin Ermənistanın yanında yer ala bilməsi qeyri mümkündür. Özünüz fikirləşin, Qazaxıstan, Qırğızıstan, türkün düşməninə kömək edərmi? Bu sualın,hətta,hipotetik müsbət cavabına gerçək həyatda yer yoxdur. Qardaş Qazaxıstanın,Qırğızıstanın rəhbərləri düşmən ermənistana hərbi kömək göndərmək haqqında qərar verdikdən sonra gərək dərhal öz kabinetlərində öz əlləri ilə alınlarına güllə sıxsınlar. Əks təqdirdə, meydanlardakı milyonlarla qazax,qırğız qardaşlarımız bunu daha dəhşətli bir şəkildə həyata keçirər. Tacikistana gəldikdə isə, kiçik bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Rus mətbuatının yazdığına görə, Ermənistanın Tovuzdakı hərbi cinayətlərindən sonra Moskvanın bazarlarında sanballı mövqeyə malik olan tacik əsilli kiçik sahibkarlar bir nəfər kimi ermənilərə xidmət göstərmirlə, mal satmırlar.
Belarusiyanın da mövqeyi aydındır-erməniyə görə bizimlə isti və faydallı münasibətlərdən geri çəkilməz.Prezident Lukaşenkonun Azərbaycanla bağlı müxtəlif vaxtlarda verdiyi bəyanatlar, səsləndirdiyi xoş ifadələr buna işarədir.
Qayıdaq Rusiyanın mövqeyinə. Ermənistanla müttəfiqlik etsə də, onu silahlandırsa da,ağalıq etsə də,biz ,əsla,ondan çəkinən deyilik. Əvvəla, Kreml dünyadakı dəyişən tendensiyaların fərqində olmamış deyil. Orada gözəl başa düşürlər ki, ABŞ başda olmaqla, bütün Qərb dünyası Rusiyanın imperiya ambisiyalarından bezib və onu çökdürmək planlarını yavaş-yavaş işə salırlar. Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar bunun ilkin işarətləridir. İkincisi, Rusiyanı idarə edənlər sözsüz ki, onun da fərqindədirlər ki, bu dövlət Slavyan - Türk dövlətidir. Federasiyanın əhalisinin böyük bir hissəsi, gerçəkdən ,türk millətindən olan insanlardır. Türk əsilli olmayıb,lakin dindaşlarımız olan xalqları da hesaba alsaq, Rusiya Federasiyasında qeyri - rusların sayının üstün mövqedə olduğunu görərik. Şübhəsiz ki, onların kiçik bir faizi meydanlara, küçələrə axışsa , dil, qan, din qardaşlarına dəstək olsa, bu, Rusiyada yeni situasiyanın başlanğıcı ola bilər.
Üçüncüsü, Dağıstan və Şimali Qafqaz xalqları-- əzəli,əbədi qardaşlarımız, tarixi mehriban qonşularımız elə həmin gün, yəni Moskvanın üzərimizə gələ biləcəyi gün Rusiyadan üz döndərəcəklər. Ən başlıcası, Türkiyənin Azərbaycana hər cür dəstək olacağı haqqında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı Rusiyanı silkələdiyi kimi, yenilməz türk ordusunun qüdrəti Şimal qonşumuzun Qafqazlardakı varlığına son qoya bilər. Rusiya türk ordusunun gücünü, ruhunu Suriyada, Aralıq dənizində, İraqda və liviyada çox gözəl gördü və görməkdə də davam edir.
Hələ mən nüvə dövləti olan və zamanımızın ən güclü ordusuna malik qardaş Pakistanı demirəm. Mən bunları xalqımızı ruhlandırmaq üçün demirəm, bu bir reallıqdır. Regionumuzun bugünkü mənzərəsi və güclər nisbəti yuxarıdakı kimidir. Dediklərimi elə ermənilərin özləri də etiraf edirlər. Bu günlərdə erməni əsilli Rusiyalı politoloq, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorq Mirzoyan Rusiyanın məşhur "Vzqlyad" nəşrində dərc olunan məqaləsində yazır : "Türkiyə ilə Azərbaycan birgə müharibəyə başlasalar, ermənilər təkcə Qarabağı itirməzlər. Mümkündür ki, Yerevanın mərkəzindəki meydanın adı çox tezliklə dəyişdirilər və Ilham Əliyev ( yaxud da, Rəcəb Tayyib Ərdoğan) adını daşıyar." İnanıram ki, belə də olacaq! İnşəAllah!"