Millət vəkili: "Müharibəyə hər an hazıram"
18 İyul 2020 11:24 SiyasətMillət vəkili, "Böyük Quruluş" Partiyasının sədri Fazil Mustafa döyüşmək istəyənlərə indidən hazırlaşmağı tövsiyə edib. "Olaylar"ın məlumatına görə, deputat bildirib ki, orduya hər zaman hazır olmaq lazımdır: "Ehtiyatda olan zabitəm. Tağım komandiri olmuşam, ermənilərlə atışmalarda dəfələrlə iştirak etmişəm. Yaşım orduya çağırılmağa imkan verir. Və müharibəyə hər an hazıram. Bunun üçün qeydiyyata alınmağa ehtiyac yoxdur. Sözügedən təşəbbüs sadəcə siyasi aksiyadır. Sağlam olmayan insan necə orduda xidmət edə bilər? Ona görə də idmanla məşğul olmaq, siqareti və içkini tərgitmək lazımdır. Səfərbərlik idarəsində hər kəsin dosyesi var. Kimi nə vaxt lazım bilsələr, onda da çağıracaqlar. Bir daha təkrar edirəm ki, sadəcə hazır olmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31