Niderland parlamenti qarşısında Azərbaycan əsgərinə dəstək aksiyası keçirilib
18 İyul 2020 11:25 SiyasətNiderland Krallığındakı Azərbaycan diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə bu ölkədə Azərbaycan Ordusuna dəstək və Ermənistanın təcavüzkar siyasətinə etiraz olaraq aksiya keçirilib.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın verib. Bildirib ki, aksiya Den Haqq şəhərində yerləşən Niderland parlamenti qarşısında baş tutub.
Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirib, dünya birliyindən Ermənistanın təcavüzkar siyasətinin dayandırılması istiqamətində lazımı adımlar atmaq tələb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31