Soydaşlarımız Londonda etiraz aksiyası keçirdi - FOTOLAR
18 İyul 2020 05:38 Siyasətİyulun 17-də Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri Ermənistanın Londondakı səfirliyi qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatlar törətməsinə etiraz olaraq aksiya keçiriblər.
150 nəfərədək soydaşımızın iştirak etdiyi aksiyaya Britaniyadakı türk icmasının üzvləri də qoşulublar.
Aksiya zamanı "Qarabağ bizimdir, bizim olacaq", "Azərbaycan torpaqlarından əl çəkin!", "Ermənistan, Qarabağdan rədd ol!" , "Biz sülh və ədalət istəyirik" və sair şüarlar səsləndirilib.
Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktlar əks olunub.
Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, dinc aksiya zamanı Ermənistanın Britaniyadakı vətəndaşları müxtəlif təxribat xarakterli hərəkətlərə cəhd etsələr də, soydaşlarımız təmkinlilik göstəriblər.(Azərtac)





