Xalq Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib

"30 ildən artıqdır ki, torpaqlarımızı  işğal altında saxlayan Ermənistan silahlı birləşmələri növbəti dəfə 12 iyulda Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərini  iriçaplı silahlardan və artilleriya qurğularından güclü atəşə məruz qoymuşdur. 2016 -cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də təcavüzkar dövlətin silahlı birləşmələri Şanlı Ordumuz tərəfindən ağır cavab  atəşlərinə məruz qalaraq  geri otuzduruldu". Bunu "Olaylar"a deyən Nəsimi rayon təhsil işçisi Həsən Rzayevin sözlərinə görə, erməni təxribatı nəticəsində şəhid olmuş general-mayor Polad Həşimovun və digər yüksək rütbəli hərbiçilərimizin, gizirlərin, əsgərin  qanı tez bir zamanda alındı. Ordumuz tərəfindən düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilərək sərhədboyu yerləşən dayaq məntəqələrinə ağır sarsıdıcı zərbələr endirilmişdir. Ermənistan nəinki təkcə ordumuzun mövqelərini, habelə mülki əhali yaşayan yaşayış məntəqələrini  də atəşə tutur, mülkü əhaliyə ziyan vurur ki, bu da, öz növbəsində insan haqlarının  pozulması deməkdir: "Azərbaycanın bu gün Beynəlxalq aləmdə nüfuzunun artmasını həzm edə bilməyən mənfur ermənilər qıcıqlanaraq bu yollara əl atırlar. Ancaq bilməlidirlər ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycanın uzaqgörən və qətiyyətli bir Prezidenti və Şanlı Ordusu var. Başda dövlət başçısı cənab İlham Əliyev olmaqla Azərbaycan xalqı münaqişənin Beynəlxalq Hüquq Normaları çərçivəsində qan tokülmədən həllinin tərafdarıdır. Ancaq işğalçı Ermənistan hər dəfə öz çirkin əməlləri ilə  münaqişənin müharibə yolu ilə həllinə çalışır. Mənfur düşmən onu bilməlidir ki, Azərbaycan xalqı və onun Şanlı Ordusu öz torpaqlarını hər an azad etmək iqtidarındadır. Cənab Ali Baş Komandan İlham Əliyev bu hadisələrə münasibət bildirərkən söylədiyi  nitqində ermənilərə və onların havadarlarına bir daha bəyan  etdi ki, Azərbaycan öz  torpaqlarının bir qarışını belə düşmənə güzəştə getməyəcək. Bu gün biz Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşərək onun daxili və xarici siyasətini  dəstəkləyir və xalq olaraq  hər zaman onun arxasındayıq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31