Niyə məhz Azərbaycan-Ermənistan sərhədi?

İyul ayının 12 - də Azərbaycanla Ermənistan arasında münaqişənin niyə məhz iki dövlətin sərhədində baş verməsi kütləvi informasiya vasitələri və mütəxəssislərin müzakirə obyektidir. Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirilib ki, Ermənistan son illərdə - Paşinyan hakimiyyətə gəldikdən sonra- dəfələrlə müxtəlif məsələsrlə bağlı yardım etməklə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Son dəfə qazın qiymətinin Ermənistan üçün aşağı salınması haqqında müraciət olmuşdur. Təbii ki, bu müraciətlər Rusiya və KTMT üzvləri tərəfindən rədd edilmişdi: "Bunda sonra Ermənistanda Rusiyaya və onun idarə etdiyi bu beynəlxalq təşkilata qarşı bir isterika yaranmışdı. Erməni politoloqlar təşkilatın Ermənistanın problemlərinə yetərincə diqqət yetirməməsi və buna görə ondan uzaqlaşmağın vacib olduğu qənaətinə gəlmişdilər və bunu beynəlxalq tribunalardan səsləndirirdilər. Eyni zamanda Paşinyanın hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynayan Qərb dairələri də Ermənistanın Rusiyaya qarşı olan bu demarşını dəstəkləyir və onu bu məsələdə ruhlandırırdılar. Ermənistan növbəti dəfə Rusiya KTM-nin özünə olan münasibəti daha ciddi məsələdə sınamağı qərara aldı və buna görə də Azərbaycanla sərhəddə təxribata girişdi. Bundan sonra olanlar da göz qabağındadır. Ermənistan növbəti dəfə beynəlxalq aləmdə məyusluğa düçar oldu. İndi müraciət etmədikləri beynəlxalq təşkilat qalmayıb. Hətta 30 ildir ki Azərbaycanın çoxsaylı müraciətlərinə baxmaq belə istəməyən NATO-ya üz tutublar. Dağlıq Qarabağdan qoşunlarını çıxarmaqla əlaqədar BMT-nin 4 qətnaməsini yerinə yetirmədikləri halda bu təşkilatdan yardım istəyirlər".

Politoloq hesab edir ki, ermənilər son hadisələr fonunda baş verən diplomatik hadisələrdən yetərincə dərs çıxarmalıdırlar: "Əlbəttə ki, dərs çıxarmaq imkanında olsalar: Azərbaycan getdikcə güclənir, dünya dövlətləri Azərbaycanın ədalətli mövqeyini getdikcə daha çox dəstəkləyir, ən yaxın hesab etdiyi dövlətlər belə bu məsələdə Azərbaycanla həmrəydirlər. Ermənistan nə qədər tez Azərbaycanın ərazi bütövlüyünü tanısa bir o qədər bu millət üçün faydası olar".

Onun sözlərinə görə, bu döyüşlər Azərbaycan üçün də strategiya baxımdan əhəmiyyətli oldu: "Azərbaycan xalqı ölkə rəhbərliyi ətrafında daha sıx birləşdi. Xalq bir daha sübut etdi ki, Qarabağı heç kim onun əlindən ala bilməz Qarabağ məsələsində iqtidar-müxalifət söhbəti yoxdur. Ermənistan və Rusiyanın dostluğu haqqında miflər yerlə yeksan oldu. Biz sübut etdik ki, diplomatiya sahəsində olduğu kimi səngərdə də qələbə qazanmağa çox yaxınıq.Türkiyə Azərbaycanın probleminə daha dərindən qoşuldu. Dünya dövlətlərinə məlum oldu ki, Suriya, Liviya, İraqda Türkiyənin qarşısını almaq mümkün olmadığı kimi, Dağlıq Qarabağda da Türk əsgərinin qarşısına çıxacaq bir qüvvə yoxdur. Ermənistan sərhədində erməni qoşunlarını darmadağın etməklə Azərbaycan ordusu ermənilərə çox ciddi ismarışlar verdi. Biz hətta İrəvana qədər gedə bilərik və gedəcəyik. Dağlıq Qarabağın azad edilməsi an məsələsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31