Ermənistanda Azərbaycan himni səsləndirildi — VİDEO
17 İyul 2020 13:47 SiyasətErmənistanın dövlət orqanları və bəzi restoranlarında Azərbaycan himni səsləndirilib.
365.az xəbər verir ki, bunu informasiya texnologiyaları mütəxəssisi Rəşad İbrahimov edib.
Belə ki, o, Ermənistanın bəzi dövlət orqanları və restoranlarının texnoloji boşluqlarından istifadə edərək, buna nail olub.
Rəşad İbrahimov deyir ki, bunu etməkdə məqsədi erməniləri hər zaman qorxu içində saxlamaqdır:
"Müasir dövrdə ən böyük silahlardan biri də sosial mediadır. Buradan ermənilərə psixoloji zərbə vurmaqla, onlarda çaşqınlıq yaratmaq, qorxu içində saxlamaq mümkündür. Mən bunu bir neçə video ilə göstərmişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31