Ermənistan həmişə xülyalarla yaşayib

Şanlı Ordumuz işğal altındakı torpaqlarımızı geri qaytaracaq

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atıb. Belə ki, iyulun 12-dən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəsi pozmuş, mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində mənfur geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbə vurulub. Nəsimi rayon gənci Leyla Əhmədzadə qeyd edib ki, ölkəmizin günü-gündən çiçəklənməsi, beynəlxalq mövqedə yüksəlməsi, diplomatik uğurlarımız, dövlət başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq ərazidə dəstəklənməsi erməni lobbisini, xarici ermənipərəst dairələrini və Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir: "Bu gün Ermənistanda əhalinin hakimiyyətə qarşı etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Sosial-iqtisadi həyatda geriləmə, koronavirusun törətdiyi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb vəziyyətə gətirib çıxarmışdır. Hazırda Ermənistanda vəziyyət gərgin və mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Nikol Paşinyan öz hakimiyyətini qorumağa və yarıtmaz idarəçiliyinin yaratdığı problemləri ört-basdir etməyə çalışır. Azərbaycanla sərhəddə baş verən təxribat vasitəsilə xarici düşmən mövzusunu qabardaraq cəmiyyəti toplayıb öz hakimiyyətini yenidən qurmağa və  öz idarəçiliyinin yaratdığı problemləri örtbasdır etməyə çalışmışdır". Onun sözlərinə görə, növbəti dəfə uğursuzluğa düçar olmuş Ermənistan dezinformasiya yaymağa, məsələnin mahiyyətini gizləməyə, beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatların gizlədilməsi Ermənistan ictimaiyyətində ciddi narazılıqlara səbəb olmuşdur: "Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəsini yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Ermənistan onlara aid olmayan bir xülya uğrunda mübarizə aparır. Bütün həqiqətlər dünyaya çatdırılacaq və ədalət yenidən öz yerini tapacaqdır".

Nəsimi rayon gənci Elşən Hüseynli də hesab edir ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı ölkədə baş verən ciddi gərginlikləri və narazılığı azaltmaq və  əsas məqsədlərindən biri də beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq üçündür: "Bütün dünyanın "Covid-19"-la mübarizə apardığı bir dönəmdə Ermənistan belə bir  təxribata əl ataraq baş qatmaq istəyir. Mənfur ermənilərin bu təxribatı bütün ölkələr tərəfindən qınaq obyektinə çevrilməlidir. Ermənistanda hal-hazırda vəziyyət çox mürəkkəbdir.Hakimiyyəti itirməkdən şiddətli dərəcədə qorxan N.Paşinyan hakimiyyəti qorumağı özünə əsas məqsəd seçmişdir. Xarici siyasətdə də uğursuzluqlar əldə edən Paşinyanın mart ayında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirdiyi "seçki" şousu Dünya ictimaiyyəti tərəfindən qəbul olunmadı". Onun sözlərinə görə, günü-gündən nüfuzu artan Azərbaycan Respublikasının beynəlxalq mövqelərinin daha da güclənməsi mənfur qonşumuz Ermənistanı çox qıcıqlandırır: "Dövlət başçımız  İlham Əliyev cənablarının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısında geniş rezonans doğurması, diplomatik uğurlar, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi haqda qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini və ermənipərəst xarici dairələri ciddi narahat edir. 12 iyul hadisələri Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Azərbaycan xalqi ordumuza və dövlətimizə dəstəyini nümayiş etdirir. Azərbaycan Respublikasının güclü Ordusu var və bu şanlı Ordumuz murdar düşmənə öz sərt cavabını layiqincə verir. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ali Baş Komandanın bir əmri kifayət edər ki, Ordumuz düşməni məhv edib, işğal olunmuş torpaqlarımızı geri qaytarsın".

Nəsimi rayon gənci Verdiyeva Şəbnəm də düşünür ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir: "Ermənistan bu təxribatı törədərək, beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq planını həyata keçirir. Çünki hal-hazırda Ermənistanda əhalinin vəziyyəti olduqca gərgindir. Məhz bu gərginlik də, əhalinin hakimiyyətə olan etimadının itməsi ilə  nəticələnmişdir. Ermənistanın təcrübəsiz, populist baş naziri olan Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura rejimi qurmuşdur. Ölkədə baş verən ciddi sosial-iqtisadi problemlər, korrupsiya,koranavirusla mübarizə sahəsində saysız-hesabsız problemler Paşinyan hakimiyyətini mürəkkəb duruma salıb. Paşinyan səriştəsiz idarəçiliyin yaratdığı problemləri gündəmdən çıxartmaq məqsədilə xarici düşmən mövzusunu qabartdı". Onun sözlərinə görə, Azərbaycanın dünya miqyasında nüfuzunun günü-gündən artması bu gün düşməni olduqca qıcıqlandırır: "Ölkəmizin diplomatik uğurları, beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi, ermənipərəst dairələri və Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdır. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə,yalan məlumatlarla ictimaiyyəti çaşdırmağa çalışır.  Ölənlərlə bağlı məlumatların gizlədilməsi isə insanlar arasında ciddi narazılıqlara səbəb olub, Ermənistanda etiraz aksiyaları başlanılıb. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir.Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan bütün vəzifələri yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Çünki vətənini qorumaq- ailəni, sevdiklərini və ən əsası da dövlətini qorumaq deməkdir. Millət vətən üzərində yaşayan böyük bir ailədir. Vətəni hiss edən və yaşadan isə ictimai vicdandır. Azərbaycan ordusu ictimai vicdanı öz üzərlərində daşıyır və buna görə də onlar lazım gələrsə canlarından belə keçməyə hazır olur. Bu vicdanı ürəyində daşıyan bütün əsgərlərimizə Allah kömək olsun! Və vətəni naminə canını qurban verməkdən çəkinməyən, vicdan borcunu yerinə yetirən, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31