Ermənistan itkilərlə bağlı son vəziyyəti ETİRAF ETMƏYƏ BAŞLADI
17 İyul 2020 12:12 SiyasətAzərbaycan Silahlı Qüvvələrinin sərhəd xəttinin Tovuz istiqamətində təxribatlara cavab zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin itkiləri artmaqda davam edir.
Erməni ordusunun 36 əsgərinin sıradan çıxdığı, 6 avtomobilinin yararsız hala düşdüyü, 2 polis əməkdaşının xəsarət aldığı bildirilir.
Buna qədər Ermənistan ordusunun ikisi mayor və kapitan olmaqla, 4 zabitinin məhv edildiyi açıqlanmışdı.
Qeyd edək ki, Ermənistan daxili narazılıqlardan ehtiyat edərək itkilərini gizlətməkdə davam edir. Müdafiə Nazirliyi məhv edilən hədəfləri gizlədə bilmədiyi üçün etiraf etməyə məcbur olur, lakin müxtəlif bəhanə və yalanlarla həmin obyektlərdə canlı qüvvə olmadığı iddia edir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 12 iyuldan bəri davam edən döyüşlərdə Ermənistan ordusu 100-dən çox itki verib.