Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

"İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan- Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində düşmən geri otuzdurulub. Əlbəttə ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab verilib və təxribatların qarşısı alınıb". Bunu "Olaylar"a deyən  Nəsimi rayon gənci Məftunə Cəfərzadənin sözlərinə görə, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu da dövlət başçımızın orduya göstərdiyi diqqət və qayğının nəticəsidir: "Ölkəmizin sədrlik etdiyi QH-nın Zirvə toplantısının geniş rezonans doğurması, BMT Baş assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi ermənipərəst qüvvələri ciddi narahat etmişdir. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralananların sayını gizlədir. Ermənistanın dövlət sərhədlərimizi artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu dövlətin təcavüzkar olduğunu bir daha təsdiqləyir.  Ermənistan bu dəfə təxribatı Dağlıq Qarabağ istiqamətində deyil, iki ölkənin dövlət sərhədində törətdi. Təxribat nəticəsində Azərbaycan ordusunun 11  hərbi qulluqçusu şəhid olsa da, Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itkilərə məruz qalmışdır. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan ordusu ölkə Prezidenti, Ali Baş komandan İlham Əliyevin əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Aprel döyüşlərindən sonra- iyulun 12-də ordumuz öz qüdrəti ilə bunu bir daha nümayiş etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31