Diaspor təşkilatları Ermənistanın hərbi təxribatının dünya mediasında geniş şəkildə işıqlandırılmasına çalışırlar

Diaspor təşkilatları Ermənistanın hərbi təxribatının dünya mediasında geniş şəkildə işıqlandırılmasına çalışırlar

İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində xaincəsinə və qəfildən hərbi təxribat törətməsi barədə xəbər dünyanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

"OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə,  Türkiyə, İsrail, Macarıstan, Almaniya, Fransa, Niderland, Litva, Monteneqro, Serbiya, Ukrayna və digər ölkələrin müxtəlif media quruluşlarında və xəbər portallarında dərc olunan məlumatlarda və məqalələrdə Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq sərhədlərimizi və yaşayış məskənlərimizi artilleriya atəşinə məruz qoyması, hərbçilərimizin və dinc sakinlərin həlak olduqları, yaralandıqları, evlərin dağıdılması və sair məsələlər diqqətə çatdırılıb.

Qeyd edək ki, bu məlumatlarıın geniş şəkildə yayılmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının da rolu olub. Həmvətənlərimiz təkcə məlumatların yayılması ilə deyil, ölkəmizdə baş verənlərlə bağlı informasiya agentliklərinə müsahibələr və açıqlamalar verərək, işğalçı ölkənin təcavüzkar əməllərinə dünya birliyinin diqqətini cəlb etməyə çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31