Radikal siyasi düşərgə gənclərinin rəzilliyi

Onlar hətta öz partiyadaşlarını da satmağa hazırdırlar

Görünən odur ki, radikal siyasi düşərgənin qocasından tutmuş gəncinə, yeniyetməsinə qədər hamısı siyasətdən uzaqlaşıb kənd arvadları kimi qeybətə, dedi-qoduya üstünlük verir. Əvvəllər açmış olduqları onlarla saxta profillərlə hakimiyyəti, onun ayrı-ayrı təmsilçilərini hədəf alan sözügedən düşərgənin ayrı-ayrı nümayəndələri   tənqid etdikləri opponentlərinin "it hürər, karvan keçər" prinsipinə üstünlük verməsinin heyfini, indi də özləri özlərindən çıxarırlar. Əslində qınanılası da deyillər. Çünki nə iləsə  məşğul olub enerjilərini çıxarmalıdırlar. Çünki elektorat qıtlığından  ciddi əziyyət çəkdikləri üçün etiraz aksiyası, mitinq keçirib qışqırıb-bağıra bilmirlər. Açdıqları saxta profillərlə sosial şəbəkədə onlarla bir sırada olmayanları, onlar kimi düşünməyənləri təhqir etdikdə, cavab almırlar. Çünki cəmiyyətin hər bir üzvü bu siyasiciklərin niyyətləri, hansı əxlaqın sahibi olduğunu bilir və çirkaba bulaşmamaq üçün susqunluğa üstünlük verirlər. Həmçinin ümummilli məsələlərdə, faciəli günlərdə cəmiyyətdə xaos, anarxiya, qarşıdurma yaratmaq planları da baş tutmur və cəmiyyət birmənalı olaraq onlara yox deyir. Bütün bunlardan dolayı qeyd etdiyimiz düşərgənin qocalı-cavanlı, ahıllı-yaşlı hər bir üzvü canlı bağlantılar, sosial şəbəkədə yaradılan videogörüntülər vasitəsilə enerjilərini boşaltmağa çalışırlar. Necə ki, radikal siyasi düşərgənin başbilənləri sayılan Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Əli Kərimli və digərləri sosial şəbəkəni artıq bazara çevirib, orada küçə söhbətləri, jarqonlu ifadələrdən istifadə edirlər, eləcə də onların yetişdirdiyi gənclər də müqəddəs kimi baxdıqları cəmillərin, gültəkinlərin, əlilərin yolunu davam etdirir.

Qeyd etdiyimiz kimi, artıq adamların hər şeydən əli üzüldüyündən öz enerjilərini bir-birilərinə qarşı istifadə edirlər. Bunun üçünsə ən iyrənc forma və üsullardan, satqınlıqdan, iftira atmaq, yalan danışmaq kimi neqativliklərdən yararlanmaqdan belə çəkinmirlər. Radikal siyasi düşərgənin gəncləri arasında sosial şəbəkə üzərindən gedən söhbətlərdən bütün bunlar aydın olur. Məsələn, radikal siyasi düşərgənin Bəxtiyar İmanov adlı gənc "fəalı" iddia edir ki,  Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü, qurumun Gənclər Komitəsinin sədri Emil Səlimov xoşagəlməz, quru adamdı. Hətta o, özünü iqtidarda baş nazir kimi aparır. Onu da xüsusi xatırlatmaq lazımdır ki, Bəxtiyar də sözügedən partiyanın təmsilçisidir və loru dildə desək torba tikməyə çalışdığı Emil Səlimovla bir patiyada təmsil olunur. Ancaq buna baxmayaraq İmanov öz partiyadaşının başını yemək niyyətindədir. İmanov daha sonra deyir: "Onun başı qarışıb qıza, gənc üzvlərimizlə işləmir, vəziyyət xaotikdir. Qruplaşma var, Nicatgil bir tərəfdən, Cabbargil bir tərəfdən, Məhəmməd İmanlı bir tərəfdən. Akif də Binəqədi şöbəsin dağıtdı. Sən danışanda Əli Kərimlini fitvala ki, Emil işləmir".

Bir başqa söhbətdə isə gənc radikalların nə dərəcədə çirkin, rəzil oyunlara əl atdıqları üzə çıxır. Məlum olur ki, asan qazanc mənbəyi tapmaq, günlərini keçirmək üçün insanların, öz patiyadaşlarının etimadından belə sui-istifadə edir, onları aldadırlar: "Sənə qardaşın bir şey öyrətsin də, pul yığmaq istəyəndə Əlizaminin ailəsinə dəyməyə gedilir, bazarlıq olunacaq deyin. O adla istəyin ki, versinlər".

Göründüyü kimi, radikal siyasi düşərgənin bütün üzvləri, təmsilçilərinin sifəti, xisləti, eyni zamanda dünyagörüşü və həyat tərzi eynidir. Kimisi canlı videobağlantı zamanı buğadan, inəkdən danışır, kimisi heç bir siyasi çəkisi və uğuru olmayan birini Məhəmməd Əmin Rəsulzadə ilə eyniləşdirir, kimisi də insanları necə aldatmağın, onların etimadından sui-istifadə etməyin yollarını təbliğ, təlqin edir. Budur, Azərbaycan vətəndaşına xoş gələcək vəd edənlər. Budur, insanları xaos, anarxiyaya çağırıb, onların vasitəsilə dövləti parçalamağa çalışanlar. Xoşbəxtliyimiz ondadır ki, Azərbaycan cəmiyyəti bu cür naqis, rəzil, yalançılarla birgə addımlamaq, onların vəd etdiyi "xoş gələcəyə" getmək istəmir. Çünki onlar xalqı, dövləti xoş gələcək deyil, qaranlığa yuvarlamaq istəyirlər.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31