Paşinyan bu təxribatla da itirilmiş nüfuzunu bərpa edə bilməyəcək
16 İyul 2020 16:14 Siyasət"2020-ci il iyulun 12-də Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində baş verən atəşkəs rejiminin pozulmasına səbəb olan məsələləri araşdırarkən belə qənaətə gəlmək olur ki, Ermənistanın bu günkü daxili və xarici siyasəti artıq görünməmiş bir dalana dirənmişdir. Heç bir halda vəziyyətdən çıxış yolu tapmayan Paşinyan hakimiyyəti terrorçu və təxribatçı cəhdlərdən istifadə edərək diqqəti başqa istiqamətə yönəldir". Nəsimi rayon təhsil işçisi Nazir Əhmədov "Olaylar"a bildirilb ki, Paşinyan küçə yürüşləri edərək, ətrafında onu dəstəkləyən kütlə ilə birlikdə hakimiyyəti zəbt etdikdə ona sanki elə gəldi ki, asanlıqla zəbt etdiyi hakimiyyəti asanlıqla da idarə edə biləcək: "Bu mənada həm özünü, həm də ona dəstək olan kütləni aldatmışdır. Hakimiyyətə gələndə verdiyi vədlərinin heç birini həyata keçirə bilməyən Paşinyan özündən əvvəlki rəhbərləri təqib edərək cəmiyyətdə düşmənçilik toxumunu səpmiş, ölkənin inkişafı üçün heç bir əməli fəaliyyət göstərə bilməmişdir. Heç bir siyasi proqramı olmayan, heç bir idarəçilik fəaliyyəti olmayan bu adamın aqibəti bundan artıq deyildi. Eyni zamanda, Azərbaycan Respublikasının günü-gündən artan nüfuzu, beynəlxalq arenada rolu və yeri artdıqca Paşinyan hakimiyyəti nəhəng bir palıd ağacının kölgəsində saralıb solmuş bir cılız kol simvoluna çevrilmişdir. Dəfələrlə cənab Prezidentimiz İlham Əliyev tərəfindən konfrans və görüşlərdə, beynəlxalq aləmin gözü qarşısında vurulan tərsinə sillələrin əzabını hələ də çəkməkdədir. Ermənistanın hazırkı mürəkkəb vəziyyəti, bir tərəfdən müxalifətinin fəallaşması, ölkə əhalisinin dolanışıq vəziyyətinin ağırlaşması Paşinyan hakimiyyətinin sürətlə məhvə doğru getməsi hakimiyyətdə böyük çaşqınlıq yaratmışdır. Bu mənfur, riyakar erməni xisləti bu millətin genetik irsi xarakterindən irəli gələn xüsusiyyətlərində həmişə özünü biruzə vermiş bir xəstəlik formasına çevrilmişdir. Zaman-zaman terrorçuluq, təxribatçılıq, satqınçılıq böyük mənada erməni millətinin simvoluna çevrilmişdir. Bu millətə yerindən və zamanından asılı olmayaraq hansı rakursdan baxsan yuxarıda sadalanan keyfiyyətləri ilə özlərini təqdim edirlər".
Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin bu günlərdə törətdiyi bu təxribat da itirilmiş nüfuzu qismən bərpa etmək, idarəçiliyindəki boşluqlardan diqqəti yayındırmaq, hakimiyyətin müvəqqəti ömrünü uzatmaq və onu hakimiyyətə gətirənlərin sifarişlərini təmin etmək məqsədi güdür: " Paşinyanlar anlamırlar və anlamaq istəmirlər ki, bu vəziyyətdə uzun müddət yaşamayacaqlar. Rəşadətli, qəhrəman Azərbaycan əsgərləri tezliklə onları əzərək nəinki Qarabağı, eləcə də indiyə qədər zəbt olunmuş torpaqları azad edəcək. O günə az qalıb. Qələbə bizimlədir!"