“Milli Ordumuzun yenilməzliyinə inanırıq”

"Azərbaycan Respublikası öz müstəqilliyini asan yolla əldə etməyib. Bu yolda xalqımız çox çətin sınaqlardan keçib. Yalnız 1993 -cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı dövlət və hərbi quruculuq prosesinin başlanmasını gücləndirdi. 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarının nəticəsiz qaldığını görən düşmən tərəf atəşkəs rejiminə razılıq verməyə məcbur oldu". Bunu "Olaylar"a deyən Nəsimi rayon sakini  Elnurə Mamedova qeyd edib ki,  çox təəssüflər olsun ki, təcavüzkar Ermənistanın Silahlı Qüvvələri daima təxribat törətmək planları qurur, cəbhə boyu ərazilərdə tez-tez atəşkəsi pozaraq dinc əhaliyə də ziyan vurmaqda davam edirlər: "Amma hər dəfə də rəşadətli ordumuz "erməni əsgərinin məğlubedilməzliyi barədə yaranmış mifi" puça çıxararaq düşməni cavabsız qoymur. Son günlərdə Tovuz bölgəsində baş vermiş qanunsuz iğtişaşı Ermənistanda hakimiyyətə gəlmiş Paşinyan rejiminin hakimiyyəti əldə saxlamaq məqsədilə uydurduğu bir oyunun nəticəsi olaraq bilməliyik. Bu yolda hamımız müdrik rəhbər və vətənpərvər azərbaycanlı olan Ali Baş Komandan cənab İlham Əliyevin ətraflnda sıx birləşməli və Milli Ordumuzun yenilməzliyinə bütün varlığımızla inanmalıyıq. Xalqımız işğal olunmuş torpaqlarımızın geri qaytarılması uğrunda canını fəda edən minlərlə vətənpərvər qəhrəmanın ruhu qarşısında baş əyir. Sözümü dahi türk şairi Məhmət Akif Ərsoyun misraları ilə bitirmək istəyirəm:

Ey şəhid oğlu şəhid, istəmə məndən makbər

Sənə ağuşunu açmış duruyor Peyğəmbər.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31