Ermənistana məxsus PUA vuruldu
16 İyul 2020 13:32 Siyasətİyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
"OLAYLAR" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31