Deputat ATƏT-in Minsk qrupuna çağırış etdi
14 İyul 2020 16:08 Siyasət"Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verilsin!"
"Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni barbarlığının əyani təzahürüdür". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, əvvəlki dönəmlərdə də ermənilərin yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutması nəticəsində təmas xəttində, o cümlədən doğulub boya başa çatdığım və hazırda parlamentdə təmsil etdiyim Füzuli rayonunda mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub: "Uzun müddət bir sıra aparıcı beynəxalq təşkilatlarda çalışmış və hazırda da parlamentlərarası əlaqələr üzrə işçi qruplarından birinin rəhbəri olan millət vəkili kimi beynəlxalq ictimaiyyəti, ATƏT MQ həmsədrlərini Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamağa çağırıram".