Ordumuzun qələbə çalacağı gün uzaqda deyil
14 İyul 2020 15:15 SiyasətAzərbaycan xalqı qəhrəman generalları ilə fəxr edir
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutublar. Heç bir müharibə qanunlarına riayət etməyən erməni hərbi birləşmələri hətta mülki vətəndaşlara atəş açmaqdan, həmçinin dinc vətəndaşların əmlaklarına ziyan vurmaqdan belə çəkinmirlər. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Məlumat üçün qeyd edək ki, bu, erməni hərbçiləri tərəfindən azərbaycanlı mülki vətəndaşlara atəş açılması və dinc sakinlərin qətlə yetirilməsi lə bağlı ilk hadisə deyil. Belə hallar dəfələrlə təkrar olunub və hətta yaşlı insanlar, körpə uşaqlar belə erməni hərbçisinin gülləsinə tuş gəlib. Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Müharibə qanunlarına görə, hərbi əməliyyatlar zamanı mülki şəxsin öldürülməsi qanlı cinayətdir.
Yeri gəlmişkən qeyd edək ki, döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub. Müdafiə Nazirliyindən bildirilib ki, iki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın olunub və məhv edilib. Lakin səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub. Xatırladaq ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu şəhid olub. Təkcə bu hal Azərbaycan Ordusunda generallarla əsgərlərin bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq erdir. Bir daha sübut olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır. Məhz Ermənistan ordusunun generallarıdır ki, sıravi əskərlərin arxasında gizlənərək öz canlarını qorumaqla məşğuldurlar. Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan milli ordumuzla fəxr edir.
Nəsimi rayon təhsil işçisi Kəmalə Əliyeva hesab edir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud surətdə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ermənilərin növbəti təxribatıdır: "Azərbaycan ordusunun həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmənin geri otuzdurulması hər bir Azərbaycan vətəndaşının ürəyincə oldu. Bir həqiqətdir ki, bu gün Ermənistanda xalqın hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyanfaktiki olaraq ölkədə diktatura qurmuşdur. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünməsi üçün heç bir əsas yoxdur.
Artıq Ermənistanda etiraz aksiyalarına baçlanılıb, sosial şəbəkələrdə hazırkı Ermənistan hakimiyyəti ciddi tənqid olunur. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddiaları ironiya ilə qarşılanır. İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olmuşdur.
Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplaşaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənir. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir". Onun sözlərinə görə, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir: "2016-cı ilin aprel döyüşləri deməyə əsas verir ki, Azərbaycan Ordusunun qələbə çalacağı gün uzaqda deyil. Əminik ki, güclü Ordumuz sayəsində tezliklə işğal altında olan torpaqlarımız azad ediləcəkdir".
Nəsimi rayon təhsil işçisi Anar Hüseynov qeyd edib ki, Ermənilərin Azərbaycan sərhədlərində təxribat törətdikləri yeni deyil. Zaman-zaman mənfur ermənilər sərhədlərimizdə atəşkəsi pozmuş və dinc əhaliyə zərər vurmuşlar. Son günlərdə erməni hərbi təxribatı nəticəsində sərhədlərimizdə atəşkəsin pozulması, 4 əsgərimizin şəhid olması bütün Azərbaycan vətəndaşlarını, eləcə də dünya azərbaycanlılarını dərindən kədərləndirir: "Azərbaycanın apardığı uğurlu diplomatiya sayəsində ermənilər dünya birliyi tərəfindən irticaçı, təcavüzkar bir dövlət kimi tanınır . Ermənilərin Dağlıq Qarabağla bağlı arzuları puç olmaqdadır. Belə ki, artıq beynəlxalq təşkilatlar və bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirlər. Məhz bunun üçün də ermənilər puça çıxmış arzularının qəzəbini sərhədlərimizi pozmaqda görürlər. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan istənilən təxribatın qarşısını layiqincə almağa hazır olan silahlı qüvvələrə malikdir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, Ermənistanın təxribatının qarşısı nəinki alınıb, onlara layiqli cavab verilib. Cənab Prezidentin bu çıxışı beynəlxalq birliyə, o cümlədən ATƏT-in Mınsk Qrupuna bir mesajdır. Bir sıra dövlətlərin baş verən son hadisələrə operativ reaksiyası bir daha Azərbaycanın regionda və dünyada əldə etdiyi günü - gündən artan nüfuzunun bariz nümunəsidir". Onun sözlərinə görə, Azərbaycanın dünyada nüfuzunun günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır: "Sirr deyil ki, Ermənistandakı problemlərdən və xarici siyasətdəki iflasdan diqqəti yayındırmaq məqsədilə Paşinyan hakimiyyəti belə bir avantüraya getmişdir. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Əminəm ki, əvəlki hiyləgər siyasətləri kimi ermənilərin indiki siyasətləri də beynəlxalq aləm tərəfindən ifşa olunacaqdır".
Zəka
Olaylar.az