Deputat: “Yaxşı olardı ki, həmsədrlər Ermənistanı Azərbaycan torpaqlarını boşaltmağa çağırardılar”

"Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik"-bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının günün birinci yarısı keçirilən toplantısında demişdi. Günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, tank, zirehli transportyorları, eyni zamanda da 20 nəfərdən çox hərbçisi havadan endirilən və real rejimdə izləniln dəqiq zərbəylə darmadağın edilib sıradan çıxarıldı". "Olaylar" xəbər verir ki, bunu qeyd edən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  yenə də günün ikinci yarısı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun 2016-cı ilin aprel döyüşləri zamanı olduğu kimi Bakı və İrəvana zəng edərək tərəfləri atəşi dərhal dayandırmağa çağırdığı xəbər verilir: "Yaxşı olardı ki, həm Rusiya, həm də Minsk qrupunun digər iki həmsədri eyni qətiyyətlə Ermənistandakı nasist rejimi atəşlə oynamamağa, beynəlxalq normalara əməl etməyə, neçəki gec deyil işğal altındakı Azərbaycan torpaqlarını boşaltmağa çağırardılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31