Prezident İlham Əliyev pandemiya ilə mübarizəyə mühüm əhəmiyyət verir

Koronavirus pandemiyasına qarşı mübarizə ilk gündən hər bir ölkəyə yalnız daxildə deyil, regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Daim birləşdirici, sabitləşdirici mövqeyi ilə dünyanın diqqətində olan Azərbaycan bu müddətdə daxili tədbirlərlə yanaşı, birliyə, həmrəyliyə xidmət edən təşəbbüslərini reallıqda təsdiqləməsi ilə diqqət çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, həmçinin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 130-dan çox ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşləri keçirildi, bu beynəlxalq tədbirlərdə dünyaya "COVID-19-a qarşı birlikdəyik" mesajı ünvanlandı. Bu kimi tədbirlər beynəlxalq səviyyədə Azərbaycana və Prezident İlham Əliyevə olan böyük inamın və etimadın göstəricisi kimi dəyərləndirildi. Bu gün bu sıraya dövlətimizin başçısının BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü və ona verilən yüksək dəstək də daxil edilir.Pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi Azərbaycanın təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirilir. Nəsimi rayon sakini Azər Hüseynov heab edir ki, COVID-19 pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına, xüsusilə insanların sağlamlığına mənfi təsir göstərir: "Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə Görüşündə bu reallığı diqqətə çatdırdı ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə COVID-19-a qalib gəlmək mümkündür.Təbii ki, özünəqapanma heç bir dövlətə uğur gətirə bilməz. Səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda nəzərdə tutulan hədəfə yüksək səviyyədə nail olmaq mümkündür, Azərbaycanın ötən müddətdə Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırması və 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də birliyin, həmrəyliyin genişləndirilməsində, ehtiyacı olan ölkələrə dəstəyin göstərilməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsinə nail olmaqla iki əks qütbün - Avropa İttifaqı ilə Qoşulmama Hərəkatının koronavirus pandemiyasına qarşı bir araya gətirilməsinə müvəffəq oldu. Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycan dünyanı birləşdirir. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir. Azərbaycan dövləti bu çağırışı da etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin üçdəikisini özündə birləşdirir, o zaman hər bir ölkənin ortaya qoyduğu yanaşmanın mübarizənin müsbət sonluqla başa çatmasında rolunu aydın görərik, amma bu günədək beynəlxalq münasibətlər sistemində BMT, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi. Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının videokonfras şəklində keçirilən Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi". Onun bildirdiyinə görə, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin qurumun Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir: "BMT Baş Assambleyası çərçivəsində belə bir qlobal problemin müzakirəyə çıxarılması, vahid yanaşma modelinin ortaya qoyulması vacibdir. Hər bir məsələdə fəal mövqedən çıxış edən Azərbaycan dövləti, möhtərəm Prezidentimiz İlham Əliyev bu inamı da səsləndirir ki, görülən tədbirlər mübarizədən az itki ilə çıxmağımıza əsas yaradır. Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən önə çəkilir".

Nəsimi rayon təhsil işçisi Mənsur Vəliyev qeyd edib ki, bir neçə aydır ki, davam edən və dünya üçün böyük təhlükəyə çevrilən pandemiyaya qarşı mübarizə ölkəmizdə və dünyada davam etməkdədir: "Prezident İlham Əliyevin COVİD-19 pandemiyası ilə mübarizənin ayrılıqda deyil, birlikdə mümkün olduğunu vurğulayıb: "Söhbət həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə birlikdən gedir. Dövlət başçısı dəfələrlə ümumən cəmiyyətin sağlamlığının qorunması üçün hər bir kəsin məsuliyyətli davranmasının, tibbi maskadan istifadə edilməsinin, sosial məsafənin qorunmasının, şəxsi gigiyenaya diqqət yetirilməsinin vacib olduğunu, pandemiya ilə mübarizədə yalnız birgə səyin nəticə verəcəyini bəyan edib. Eyni zamanda Prezident İlham Əliyev dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəlliflərindən biri, birincisidir. Hazırda pandemiya ilə mübarizədə başqa bir yol da yoxdur.     Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə zəruri məsələlər gündəmə gətirilir, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.  Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib". İndi özünü təcrid və kiçik tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Bele bir veziyyetde Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi ve bir sıra beynəlxalq təşkilatlara rəhbərlik edən yüksek vəzifəli nümayəndələr də istirak edirdilər". Onun sözlərinə görə, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi: "Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Azərbaycan Prezidentinin bu təşəbbüsünü BMT-nin 130-a qədər QH üzvü olan ölkəsinin dəstəkləməsi eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunu dahada artırır. Bu təşəbbüsə qarşı isə çıxan yeganə ölkə Ermənistan oldu. Bu isə bir daha bu ölkənin dünyadakı həmrəyliyə və birliyə qarşı düşmən mövqedə olmasını ortaya qoymuş oldu. Xüsusi sessiya pandemiyaya qarşı mubarizədə beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına və bu qlobal təhlükənin aradan qaldırılmasına öz  töhfəsini verəcəkdir".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31