Zaxarova Lavrov və Suriya XİN rəhbərinin Moskvadakı görüşünü təsdiqlədi - ÖZƏL
30 İyul 19:33 DünyaOlaylar xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, 31 iyulda Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Suriya xarici işlər naziri Əsəd əş-Şibani arasında danışıqlar keçiriləcək.
Zaxarova əlavə edib:
"Görüşdə iki ölkə arasında münasibətlərin gündəliyində duran aktual məsələlər, beynəlxalq və regional problemlər müzakirə olunacaq."
Daha əvvəl Reuters agentliyi xəbər vermişdi ki, Əş-Şibani 31 iyul cümə günü Rusiyaya səfər etməyi planlaşdırır.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31