Koçevenko: Ukrayna ordusu tez-tez hərbi bölmələrin hazırlığını tamamlaya bilmir - ÖZƏL

Ukrayna ordusunun bölmələrində hazırlıq ciddi çətinliklərlə aparılır.

Olaylar xəbər verir ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin 95-ci ayrı desant-hücum briqadasının zabiti Yuri Koçevenko bildirib.

"Sadəcə şəxsi heyətin bölmələrə daxil edilməsi yox, döyüş qabiliyyətli bölmələrin formalaşdırılması, onların hazırlanması və uzlaşması - bu məsələlərdə ciddi problemlərimiz var. Sadəcə hazırlığı başa çatdırmağa vaxt yetmir", - deyə onu RİA Novosti sitat gətirir.

Daha əvvəl Ukraynanın müdafiə naziri Denis Şmıqal cəbhə xəttinin bütün istiqamətləri üzrə Silahlı Qüvvələr üçün vəziyyətin gərgin olduğunu bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31