Ölkəmiz pandemiya sınağından da üzü ağ çıxacaq
14 İyul 2020 11:34 Siyasət"Koronavirus - sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan insanlığa qarşı ünvanlanmış total müharibədir. Ona görə də koronavirusa qarşı mübarizədə bütün insanlıq vahid amal ətrafında birləşmişdir. Məhz buna görədir ki, koronavirus - Ümumdünya Səhiyyə Təşkilatını biomüharibənin baş qərargahına çevirmişdir. Bu "müharibədə" ölkələrin qələbəyə nail ola bilməsi dövlət rəhbərlərinin təkcə silahlı qüvvələrə deyil, bütün xalqa vaxtında əmrlər verməyi bacaran Ali Baş Komandan missiyasını icra etməklə bərabər, həm də müəyyən edilmiş proqramın mütləq həyata keçirilməsini təmin etməsindən çox asılıdır". Bunu "Olaylar"a deyən Nəsimi rayon təhsil işçisi Əhməd Mircavidın sözlərinə görə, bütün bunlarla bərabər, XXI əsrin xərçəngi olan koronavirus biomüharibəsində ən böyük imtahanı ölkəmizin səhiyyə sistemi verməkdə davam edir. Azərbaycan Respublikasının Prezidentinin son illərdə səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar respublikamızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnmişdi: "Bütün bunlarla bərabər, XXI əsrin xərçəngi olan koronavirus biomüharibəsində ən böyük imtahanı ölkəmizin səhiyyə sistemi verməkdə davam edir. Azərbaycan Respublikasının Prezidentinin son onillik ərzində səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar respublikamızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnmişdir.
Bütün bunlarla yanaşı virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülməkdədir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli xəstəxanaların tikintisi xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Pandemiya ilə mübarizədə insanlarımız dövlətimiz tərəfindən müəyyən olunmuş karantin rejiminin qaydalarına əməl etmələri bu çətin sınaqdan az itki ilə çıxmağımıza köməklik edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələr adından pandemiyaya qarşı dövlət və kökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifinə 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir. Pandemiya dövründə Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində BMT pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini aparacaq, müzakirələr nəticəsində pandemiyadan xilas barədə önəmli qərarlar qəbul ediləcəkdir".