Prezident öz təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atdı
14 İyul 2020 11:35 Siyasət"Prezident İlham Əliyevin yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı qlobal mübarizə və həmrəylik çağırışları gündən-günə inkişaf edən Azərbaycan dövlətinin xoş niyyətini, xeyirxah mövqeyini ortaya qoymuş oldu. Cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi BMT-nin Baş Assambleyasının COVİD-19-a həsr olnumuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan artıq dövləti tərəfindən dəstəklənməsi ölkəmizə olan inamın və etimadın göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu deyən Nəsimi rayon sakini İradə Hüseynovanın sözlərinə görə, bu, addım bir daha Azərbaycan dövlətinin dünyada əməkdaşlıq və həmrəylik, eləcə də sülh və əmin-amanlıq uğrunda mübarizə apardığını bir daha nümayiş etdirmiş olur: "Prezident İlham Əliyevin irəli sürdüyü vacib təşəbbüsün dünya dövlətləri tərəfindən müsbət dəyərləndirilməsi və dəstəklənməsi dövlət başçımızın rəhbərliyi ilə yürüdülən və ümumbəşəri dəyərlərə söykənən siyasətin növbəti parlaq qələbəsidir. Bu təşəbbüsün yüksək dəstək qazanması ölkəmizə və Prezidentimizə dünya birliyində olan inamdan qaynaqlanır. Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Eləcə də, Azərbaycanın pandemiyanın təsirlərinin minimuma endirilməsi, vətəndaşların sağlamlıqlarının qorunması yönündə atdığı addımlar göz önündədir. Bü gün ölkəmiz istər iqtisadi platformada sabitliyin qorunması, istərsə də vətəndaşların sağlamlıqlarının təmin edilməsi istiqamətində uğurlu tədbirləri ilə seçilir. Vaxtında atılan addımlar nəticəsində ölkəmizdə digər dövlətlərdə olduğu kimi faciələr yaşanmır, ölüm hallarının sayı azdır. Təbii ki, dünya birliyi bu reallığı görür və dəyərləndirir. Vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qlobal müstəvidə ortaya çıxan problemlərin həllində fəal iştirakı, beynəlxalq əməkdaşlığın və həmrəyliyin daha da gücləndirilməsi yönündə təşəbbüsləri ölkə vətəndaşlarında böyük qürur və iftixar hissi doğurur. Əminik ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT-nin Baş Assamleyasının xüsusi sessiyası pandemiyaya qarşı mübarizədə ölkələr arasında sıx həmrəyliyi təmin edəcək, beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək və bu qlobal təhlükənin aradan qalxması üçün bütün səy və imkanları birləşdirəcəkdir".