Türkiyənin Vitse-prezidenti: “Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir”
14 İyul 2020 10:59 Siyasət"Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir".
Olaylar.az bildirir ki, bu sözləri Türkiyənin Vitse-prezidenti Fuad Oktay Ermənistan tərəfindən Azərbaycana edilən hücumu qınadığı açıqlamasında deyib.
Vitse-prezident "Twitter" hesabında etdiyi paylaşımda bunları qeyd edıb:
"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. Türkiyə və Azərbaycan ətlə dırnaq kimidirr. Hər zaman və hər şərtdə səninləyik Azərbaycan".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31