Ermənilər Azərbaycan kəndini vurmağa başlayıb
13 İyul 2020 16:30 Siyasətİşğalçı Ermənistan ordusu vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın yaşayış məntəqələrinə yenidən atəş açmağa başlayıb.
Bu barədə BAKU.WS-in bölgə müxbiri məlumat verib.
Məlumata görə, hazırda Tovuz rayonunun Ağdam kəndində iriçaplı silahlardan, eləcə də artilleriya qurğularından atışma davam edir.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31