SON DƏQİQƏ! Cəbhədə vəziyyət yenidən gərginləşdi

Tovuz rayonunun Ağdam kəndində erməni silahlılarının təxribatı davam edir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda Ağdam kəndində iri çaplı silahlardan, eləcə də artilleriya qurğularından atışma davam edir.

Silahlı qüvvələrimiz tərəfindən atılan cavab tədbirləri nəticəsində işğalçı Ermənistan silahlı qüvvələrinin mövqelərinə zərbələr endirilir.

Məlumat üçün bildirək ki, iyul ayının 12-si günorta saatlarından başlayaraq işğalçı Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqelərimizi atəşə tutublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31