Hərbi təxribat Paşinyan hakimiyyətini xilas edə biləcəkmi?- ŞƏRH
13 İyul 2020 13:56 SiyasətErmənistanın cəbhədəki təxribatı daxili auditoriyaya hesablanıb
Dünya ölkələri dəhşətli ölüm kabusu olan koronavirusa (COVİD-19) qarşı mübarizədə səfərbər olduqları halda məkirli işğalçılıq siyasətini davam etdirən Ermənistan siyası və hərbi təxribatlaranın sayını artırmaqdadır. Son günlər cəbhənin təmas xəttində atəşkəz rejiminin intensiv pozulmasını qətiyyən təsadüfi hesab etmək olmaz. Çünki, təmas xəttində hərbi təxribatın törədilməsi Ermənistan üçün daim xilas yolu olub. Əslində Ermənistan heç vaxt belə təxribat əməllərindən əl çəkməyib. Sadəcə münasib vaxtlarda təxribat xarakterli addımlar intensivləşib. İyulun 12-də yenidən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törədiblər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Heç şübhəsiz ki, Ermənistan tərəfindən atəşkəsin pozulmasında məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirtmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Bütün halda birmənalı şəkildə qeyd etmək olar ki, Ermənistanın siyasi və hərbi rəhbərliyinin indiyə qədərki açıqlamalarnıı, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardakı işğalçı dövlətin mövqeyini nəzərdən keçirsək, eyni xəttin, eyni oyunun təzahürlərini görə bilərik. Məlum olar ki, Ermənistan düşdüyü çətin vəziyyətdən çıxış yolunu cəbhədə gərginlik yaratmaqda gördüyündən uzun müddətdir ki, bu siyasəti davam etdirir. Xatırladaq ki, hətta ATƏT-in missiyası təmas xəttində monitorinqlər keçirın zaman ermənilər təxribatlarını davam etdiriblər. Belə ki, tədbir başa çatar-çatmaz, həmin ərazilərdə erməni silahlı birləşmələri dərhal yenidən atəşkəsi pozublar. Xatırladaq ki, belə bir hal monitorinq getdiyi vaxtda da baş vermişdi. Hətta ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilən monitorinqlərin birində də erməni tərəfdən açılan aramsız atəşlər nəticəsində tədbir dayandırılmışdı. Bu isə o deməkdir ki, ermənilətr onsuz da cəbhə xəttində təxribatlarını dayandırmaıblar. Ən yaxşı halda, ağır zirehli texnikanı cəbhəboyu ərazilərə yerləşdirir, hərbi müttəfiqləri ilə birgə təlimlər təşkil edirlər. Bununla ölkəmizi təxribata çəkə bilmədiklərini gördükə atəşkəsin əldə edilməsinə baxmayaraq gün ərzində orta hesabla 100-120 dəfə əldə olunmuş razılığı pozurlar. Ermənistanda bu ənənə formalaşıb və hazırki baş nazir Nikol Paşinyan da öz sələflərinin yolunu davam etdirir.
Əslində Ermənistanın hərbi təxribat siyasəti mövcud hakimiyyətin qorunub saxlanmasına hesablandığı gün kimi aydındır. Məlum olduğu kimi Ermənistanda hakimiyyətin sütunu hələ aprel döyüşlərindən sonra laxlamağa başlayıb. Xarici siyasətdə, diplomatik savaşda uduzan Ermənistan iqtidarı nəinki beynəlxalq aləmdə, hətta daxildə imicini tamamilə itirib. Koronavirus pandemiyasına qarşı mübarizədə çarəsiz qalan Ermənistan yardım üçün beynəlxalq aləmə müraciət etmək məcburiyyətində qaldı. Xarici ölkələr sərhədlərini bağladıqlarından bu ölkənin idxalı minimuma endi ki, bu da əhalinin maddi-rifah halına ciddi təsir göstərib. Nəzərə alsaq ki, Ermənistanda daxili istehsal olduqca aşağı səviyyədədir, ölkə iqtisadiyatı bütövlükdə xaricdən asılıdır, o zaman bu işğalçı dövlətin tənəzzülə uqradığını təxmin etmək elə çətin olmaz. Məhz bu kimi amillərin nəticəsidir ki, Paşinyan hakimiyyətinin uğursuz siyasətindən təngə gələn ölkə ictimaiyyəti açıq-aşkar mövcud hakimiyyətə qarşı inamsızlıq nümayiş etdirdi. Təbii ki, belə bir vəziyyətdə Ermənistan hakimiyyəti cəbhə xəttində təxribatlar törətməklə ölkə ictimaiyyətinin diqqətini yayındırmaqla əlavə divident qazanmağa çalışır. Sirr deyil ki, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Bu baxımdan qətiyyətlə demək olar ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Ancaq ölkədə cərəyan edən siyasi proseslər deməyə əsas verir ki, Nikol Paşinyanın siyasi liderliyi baça çatmaq üzrədir. Hazırda Ermənistanda hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi isə mümkünsüz görünür. Belə bir şəraitdə Ermənistan hakimiyyəti hesab edir ki, cəbhə xəttində hər hansı mövqeni ələ almaq, bu da mümkün olmasa ən azından cəbhədə vəziyyəti gərginləşdirmək ölkə ictimaiyyətinə bir təsəlli olardı. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. O da yaddan çıxarılmamalıdır ki, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qətiyyətli cavab verib, növbəti təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən çıxmağa hazırdır. Düşmənə sarsıdıcı zərbələr vuran Şanlı Ordumuzun cəsur oğullarına Eşq Olsun!
Alim
Olaylar.az