Üç övladı şəhidi son mənzilə yola saldı - Fotolar

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilir.Axşam.az xəbər verir ki, 1987-cı il təvəllüdlü şəhidin nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndinə aparılıb. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.Şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Vida mərasimindən yayılan şəkillərdə mərhumun övladları əks olunub.Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31