Prezident Cahangir Əsgərovu təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Cahangir Əsgərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov "Şərəf" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, bu gün C.Əsgərovun 70 yaşı tamam olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31