İstanbul Baş Konsulluğunda görüş keçirilib

Cari ilin 9 iyul tarixində Türkiyə Respublikası Miqrasiya Baş İdarəsinin xarici əlaqələr üzrə idarə rəisi G.Arslan və İstanbul Miqrasiya İdarəsinin rəisi R. Batunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizin İstanbuldakı Baş konsulu Məsim Hacıyev arasında, Baş konsulluqda görüş keçirilmişdir. Görüş zamanı müzakirə olunan əsas məsələ 1990-cı illərdə ölkəmizdən Türkiyə Respublikasına gəlmiş vətəndaşlarımızın, bu ölkədəki sosial-hüquqi vəziyyətlərinin dəqiqləşdirilməsi və müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi olmuşdur. Bildirmək istərdik ki, qeyd olunan kateqoriyadan olub Türkiyə Respublikasında hal-hazırda yaşayan vətəndaşlarımızın üzləşdikləri sıxıntıların aradan qaldırılması istiqamətindəki fəaliyyət ölkə başçısı cənab İlham Əliyevin bir başa diqqəti və qayğısı nəticəsində mümkün olmuşdur. Görüş əsnasında İstanbuldakı Baş konsulluq tərəfindən bundan öncə keçirilmiş aidiyyəti görüşlərdə də irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılmış, məsələnin həllinə yönəlik fəaliyyətlə əlaqədar olaraq iki qardaş ölkənin müvafiq qurumları arasında təmasların bundan sonra daha da gücləndiriləcəyi vurğulanmış və qısa zaman ərzində məsələnin həllini tapacağı ifadə olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31